Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Binadan atılan butulka qızın başına düşdü, bütün sakinlər MƏHKƏMƏYƏ VERİLDİ
Tarix: 18-12-2016 | Saat: 11:51
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

Binadan atılan butulka qızın başına düşdü, bütün sakinlər MƏHKƏMƏYƏ VERİLDİ


Çində bir şəxsin etdiyi səhvin əvəzini binada yaşayan 448 kirayənişin ödəyib.
"Xəbəraz.az " bildirir ki, məhkəmə binada yaşayan 448 kirayənişini aşağı atılan butulkadan zərər çəkən ikiyaşlı qızın valideynlərinə kompensasiya ödəməyə məcbur edib.

Bədbəxt hadisə baş verən vaxt qız həyətdə oynayırmış. Aşağı atılan butulka onun başına dəyib. Qız zərbədən şüurunu itirərək, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ailəsi onun müalicəsinə 80 mindən çox yuan xərcləyib.

Valideynlər butulkanı məhz kimin atdığını aydınlaşdıra bilməyiblər. Bundan sonra ailə binada qalan 448 kirayənişinin 300 min yuan məbləğində kompensasiyanın ödəməsi tələbi ilə məhkəməyə müraciət edib.

Məhkəmə qərara gəlib ki, onlardan hər biri 360 yuan kompensasiyanı ödəməlidir. Kirayənişinlər məhkəmənin qərarı ilə razılaşıblar.publika


Xəbəri paylaş

8358 dəfə oxunub.

Digər xəbərlər
8-02-2019, 11:13 Əkizlərin biznesi batdı

bütün xəbərlər
____ Instagram ___