Bakının mərkəzini niyə qazırlar? - VİDEO
Tarix: 17-12-2016 | Saat: 11:50
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Bakının Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidinin inşasına başlanılıb.
"Azəravtoyol" ASC-dən verilən məlumata görə, yeraltı olacaq piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilir.
Qurumun "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən, 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57,1 m olacaq. Bura keçidin 21,9 m uzunluğunda olan pilləkan hissələri və 35,2 m olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 m, hündürlüyü isə 3,2 m olacaq. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunacaq.
Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir.
Qeyd edək ki, keçiddə fiziki qüsurli insanların hərəkəti üçün panduslar quraşdırılacaq.
Xəbəri paylaş
6608 dəfə oxunub.
Digər xəbərlər

6-03-2023, 12:43
Bakıda DƏHŞƏT: Qəbiristanlıqda asılmış meyit tapıldı
10-12-2015, 19:38
Nazir siqaret və spirtli içkilərin kartla satılmasına aydınlıq gətirdi
25-07-2020, 15:23
Xavi Ernandes koronavirusa yoluxdu
25-03-2016, 12:18
Anasının qucağında keçinən Namiqin qətli ilə bağlı - YENİ TƏFƏRRÜATLAR
26-11-2022, 10:57
"Estetikli qadınların uşaqları özlərinə bənzəmir"
27-08-2020, 21:45
Ukraynada avtobus atəşə tutuldu - ölənlər var
13-05-2019, 17:39
Bu abituriyentlər kolleclərə İMTAHANSIZ qəbul oluna biləcəklər
29-11-2016, 18:54
Sosial şəbəkələrdə yeni fləşmob - AÇIQ-SAÇIQ +FOTOLAR
9-02-2018, 15:50
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşıb?
30-01-2016, 13:31
Naməlum zənglər sizi narahat edir? - Gizli zəngləri açmağın yolları