Qafqaz Universitetinin adı dəyişdiriləcək
Tarix: 15-12-2016 | Saat: 14:27
Bölmə:Karusel / Təhsil / Bizim seçim | çapa göndər
Türkiyəli tələbələrin narazılıqlarını nəzərə alaraq, yaxın gələcəkdə Qafqaz Universitetinin adının dəyişdirilməsi gözlənilir.
Qafqaz Universitetinin rektoru Havar Məmmədov APA-ya bildirib ki, bu gün ada görə Türkiyə universitetləri ilə müxtəlif problemlər yaranır. Onun sözlərinə görə, tələbələr mütəmadi olaraq universitetin adının dəyişməsi ilə bağlı rektorluğa müraciətlər edirlər. Bu tələbələrin Türkiyə ali məktəblərində qəbul edilmədiyini deyən H.Məmmədov bildirib ki, bütün narahatlıqlar həm Azərbaycanın, həm də Türkiyənin müvafiq qurumlarına çatdırılıb: “Türkiyəli üç tələbə Qafqaz Universitetindən çıxaraq, Türkiyədə təhsilini davam etdirmək istəsə də, qəbul olunmayıb. Nəticədə onlar yenidən Azərbaycana qayıdaraq, Qafqaz Universitetində təhsillərini davam etdirirlər. Hazırda ali məktəbdə 95 türk tələbə təhsil alır. Son bir ayda 10-a yaxın tələbə bildirib ki, mövcud vəziyyətdən valideynləri də narahatdır”.
Rektor əlavə edib ki, Qafqaz Universiteti ilə Türkiyə universitetləri arasında olan tələbə mübadiləsi, kadr hazırlığı, müəyyən təqaüdlər dayandırılıb, bəzi müqavilələrə xitam verilib: “Mən də tələbələrin narazılıqları və yaranmış vəziyyətlə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmışam. İnanıram ki, yaxın vaxtlarda universitetin adının dəyişilməsi məsələsi həllini tapacaq, diplomlar tanınacaq. Universitetin gələcək inkişafı üçün də bu məsələ lazımdır. Ancaq indidən universitetin yeni adının nə olacağını indidən demək çətindir”.
Xəbəri paylaş
5918 dəfə oxunub.
Digər xəbərlər

14-01-2019, 10:49
Şəki sakini özünü yandıraraq intihar etdi
8-08-2016, 14:06
Xatirə izləyicilərinə küçə söyüşü söydü - “Ağzınızı…” – FOTO
28-08-2017, 18:39
İlham ƏIiyev köməkçisi ilə bağlı sərəncam verdi
13-07-2022, 09:54
“Meymunçiçəyinə yoluxma sayı 10 minə yaxınlaşdı” - ÜST
3-12-2021, 00:13
Yüksək rütbəli hərbçilərimizin düşdüyü qəzadan ŞOK VİDEO YAYILDI: Sən demə hadisə...
2-04-2019, 21:06
Bacısının lüt şəkillərini görən qardaşdan dəhşətli əməl – TƏFƏRRÜAT
27-10-2016, 13:30
O məqaləni Mikayıl Cabbarov yazmayıb` - Nazirlikdən təkzib
2-04-2016, 21:56
Azərbaycan və Türkiyə rəsmiləri vəziyyətə dair danışıqlar aparır
14-03-2019, 10:09
Azərbaycan Nefti bahalaşdı