Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oteldə başqa kişi ilə görüşən arvadını öldürdü - MASALLIDA
Tarix: 13-12-2016 | Saat: 12:12
Bölmə:Karusel / Hadisə | çapa göndər

Oteldə başqa kişi ilə görüşən arvadını öldürdü - MASALLIDA


11:52

Ötən gecə Masallı rayonunda törədilmiş qətlin təfərrüatı məlum olub. "Xəbəraz.az "-ın əldə etdiyi məlumata görə, 41 yaşlı Muradov İbrahim Paşa oğlunun keçmiş həyat yoldaşı Hüseynova Röya Novruz qızını qısqanclıq zəminində öldürməsi dəqiqləşib.

Məlum olub ki, R.Hüseynova Masallıdakı mebel mağazalarından birində satıcı işləyirmiş. O, İ.Muradovdan ayrılandan sonra başqa şəxslə görüşməyə başlayıb. Dünən isə qadın tanışı ilə birgə Masallıdakı otellərdən birinə gedib. Xeyli vaxt ərzində keçmiş həyat yoldaşını izləyən 41 yaşlı İbrahim də həmin vaxt otelə basqın edib və məlum cinayəti törədib.

İ.Muradov keçmiş xanımına bir bıçaq zərbəsi endirib.

Bildirilir ki, qadının yanında olan şəxs də mebel işi ilə məşğul olur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

---------

00:03

Masallı rayonundakı otellərdən birində qətl hadisəsi baş verib.
"Xəbəraz.az " report.az-a istinadən bildirir ki, Salyan rayon sakinləri - 1975-ci il təvəllüdlü Muradov İbrahim Paşa oğlu keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Hüseynova Röya Novruz qızını bıçaqla qətlə yetirib.

Yaralı, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb.


Xəbəri paylaş

1 4378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___