Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qızlarına toy etmək istəyən ata faciəvi şəkildə öldü - AZƏRBAYCANDA
Tarix: 11-12-2016 | Saat: 15:03
Bölmə:Karusel / Hadisə | çapa göndər

Qızlarına toy etmək istəyən ata faciəvi şəkildə öldü - AZƏRBAYCANDA


İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Bakı şəhərinin Binəqədi rayonunda qeydə alınıb.

İsmayıllı rayonu Aşağıbaş kənd sakini, 1971-ci il təvəllüdlü Qəniyev Azad Cavid oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən dəm qazından zəhərlənib. Dörd uşaq atası olan A. Qəniyevin zəhərlənməsindən ailə üzvləri gec xəbər tutub və o, köməksiz vəziyyətdə qalaraq dünyasını dəyişib.

A. Qəniyev Bakıda usta işləyib və nişanlı olan iki qız övladının bu yaxınlarda olacaq toy mərasiminə hazırlaşırmış. Onun meyiti bu gün yaşadığı İsmayıllı rayonuna gətirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

8028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___