Prezident köməkçisindən gənclərə - Şad xəbər
Tarix: 10-12-2016 | Saat: 16:28
Bölmə:Karusel / Gündəm / Bizim seçim | çapa göndər
Azərbaycanda həyata keçirilən Konstitusiya islahatlarının başlıca məqsədi müasir dövrün reallıqları nəzərə alınmaqla dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaq, insan hüquq və azadlıqlarının qorunması üçün daha etibarlı mexanizm yaratmaq olmuşdur.
"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Əl-Cəzirə” kanalına müsahibəsində deyib. Ə.Həsənov bildirib ki, hazırda dünyada iqtisadi böhranın hökm sürməsi, neft hasil edən dövlətlərin bu prosesdən ciddi əziyyət çəkməsi iqtisadi idarəetmə sisteminin daha da təkmilləşdirilməsini, rəqabət qabiliyyətli, güclü, neft amilindən azad iqtisadiyyatın formalaşdırılmasını zəruri edir:
“Konstitusiya dəyişiklikləri də öncə iqtisadi sahəni hədəfləyir. Azərbaycan neftdən gələn gəlirlərinin bir hissəsini iqtisadiyyatın inkişaf etdirilməsinə, ölkənin ümumi inkişafına sərf edib. Bunun nəticəsində biz iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa, şəhər və rayonların simasını dəyişdirməyə və müasirləşdirməyə nail olduq. Lakin hazırda neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, milli gəlirin azalması mövcud itkiləri kompensasiya edə biləcək qərarların qəbulunu və müvafiq tədbirlərin görülməsini zərurətə çevirmişdir. Onu da qeyd edim ki, Prezident İlham Əliyev 2016-cı ili həm də iqtisadi islahatlar ili kimi xarakterizə etmiş, bu istiqamətdə çox mühüm addımlar atılmaqdadır.
Beləliklə, referendumun iqtisadi idarəetmənin daha fəal şəkildə həyata keçirilməsini və iqtisadi həyatın daha da optimallaşdırılmasını hədəfləyir. Digər tərəfdən, islahatlar xalqın, xüsusilə gənclərin siyasi proseslərdə daha fəal iştirakına yeni imkanlar yaradacaqdır. Dəyişikliklər sayəsində istər Azərbaycanda, istərsə də xarici ölkələrdə ali təhsil almış və uğurlara imza atmış gənclər dövlət quruculuğunda, ölkənin siyasi həyatında daha yaxından iştirak etmək imkanı əldə edirlər”.
Prezidentin səlahiyyətlərinin 5 ildən 7 ilə artırılması barədə Konstitusiya dəyişikliyinə də toxunan Əli Həsənov bunun beynəlxalq praktikada da geniş yayılmış təcrübə olduğunu xatırladıb:
“Mövcud dəyişikliklər imkan verəcək ki, dövlət idarəçiliyi sahəsində əldə olunmuş təcrübə praktikada tətbiq edilsin və ölkəni daha sürətlə inkişaf etdirmək mümkün olsun.
Buna görə də əminliklə bildirirəm ki, Azərbaycan xalqının tam dəstəyi ilə həyata keçirilmiş dəyişikliklər qarşıdan gələn dövrdə Azərbaycanın hərtərəfli inkişafına şərait yaradacaqdır. Buna görə də guya bu dəyişikliklərin Azərbaycanda demokratiyanın geriləyəcəyinə səbəb olacağına dair iddiaları əsassız hesab edirəm. Azərbaycan demokratik ölkədir və burada azadlığın sərhədləri çox genişdir”.
Xəbəri paylaş
8268 dəfə oxunub.
Digər xəbərlər

5-07-2018, 10:30
Elmar Vəliyevə qarşı sui-qəsdin ilginc təfərrüatları - Qanlı olayın arxasındakı sirr pərdəsi
7-11-2015, 14:05
0 evi soyan qadın saxlanıldı - Video
29-10-2015, 19:34
Kredit borcuna görə babasının inəyini oğurlayan gənc - FOTO
5-11-2017, 20:12
Tibb Universitetinə daxil olmaq üçün 7500 manat verdi, aldadıldı
22-01-2019, 19:56
Əli Abdalov Mehman Hüseynovla belə barışdı - VİDEO
14-12-2016, 20:26
Tanıdığımız reklam simaları illər sonra - FOTOLAR
22-03-2015, 12:50
Azərbaycanda iri regional DATA-mərkəzi istismara verilir
5-09-2020, 19:13
Türkiyə İraqda 320 terrorçunu məhv etdi
24-12-2018, 14:32
İdmançımız Fərid Əlibabazadədən növbəti uğur
22-05-2018, 10:04
Naxçıvanda zəlzələ oldu