Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni general Talış kəndindəki məğlubiyyətlə barışa bilmir
Tarix: 10-12-2016 | Saat: 16:25
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

Erməni general Talış kəndindəki məğlubiyyətlə barışa bilmir


Başda gereal-mayor Arkadi Ter-Tadevosyan olmaqla, Qarabağ müharibəsinin erməni veteranları Ermənistan Müdafiə Nazirliyinə müraciət ediblər ki, onlara Azərbaycanla təmas xəttindəki Talış kəndini (Tərtərin işğal altındakı kəndi) bərpa etmək üçün icazə verilsin.

"Biz Talışda yaşamaq və orada könüllü xidmət etmək istəyirik. Məsələ dövlət səviyyəsində həll olunmalıdır”,-deyən Ter-Tadevosyan Talışa getmək istəyən könüllülər arasında çoxlu sayda keçmiş zabitlər olduğunu bildirib.

İşğalçı general yeni Talış kəndi yaratmaq arzusunda olduğqlarını və bu istiqamətdə dövlətdən dəstək almayınca, geri çəkilməyəcəklərini bildirib.


Qeyd edək ki, Tərtərin işğal altındakı Talış kəndi bu ilin “Aprel döyüşləri” zamanı cəbhənin ən qaynar nöqtəsi olub. Ermənilər həmin vaxt burada çoxsaylı itkilər veriblər. Ermənilərin bu istiqamətdəki döyüşlərdə aldıqları sarsıdəcə zərbələr düşmən ordusunun gözünü qorxudub. Kəndin ətrafındakı bəzi strateji yüksəkliklər Azərbaycan Ordusu tərəfindən azad olunub. İşğalçı ordunun rəhbərliyindəki bəzi zabirlər isə həmin mövqelərin itirilməsilə hələ də barışa bilmir.

Ermənistanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyi Qarabağ ermənilərindəki xofu götürmək üçün mülki əhalini Talışda məskunlaşdırmağa cəhd göstərsə də, həli ki buna nail ola bilmir.


Xəbəri paylaş

5138 dəfə oxunub.

Digər xəbərlər
4-05-2016, 00:35 İŞİD-in bazası vuruldu

bütün xəbərlər
____ Instagram ___