Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bıçaqladım, ürəyim soyumadı qayıdıb boğub öldürdüm" - 27 yaşlı qadının qatilindən acı etiraflar
Tarix: 10-12-2016 | Saat: 15:56
Bölmə:Karusel / Hadisə | çapa göndər

"Bıçaqladım, ürəyim soyumadı qayıdıb boğub öldürdüm" - 27 yaşlı qadının qatilindən acı etiraflar



Gəncədə qətl hadisəsinin təfərrüatları məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini Səadət Verdiyevanı qətlə yetirən Famil Məmmədov hadisənin təfərrüatları barədə ifadə verib. Onun sözlərinə görə, dekabr ayının 6-da S. Verdiyevanın evinə qonaq gedib: “Spirtli içki alıb getdim onlara. Yeyib içdik, onun uşağı nənəsigilə getdi. Gecəni onlarda qaldım. Səhər tezdən ona zəng gəldi. Kimin zəng vurduğunu öyrənmək istədim. Aramızda yaranan mübahisə zamanı içki butulkası ilə onu vurdum. Sonra mələfə ilə boğub bıçaqla boğazını bıçaqladım. Ürəyim soyumadı qayıdıb boğub öldürdüm”.




Qeyd edək ki, məlum qətl hadisəsi dekabrın 7-də Gəncə şəhəri Adilxan Ziyadxanov küçəsi, 39 saylı binanın 70 saylı mənzilində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1989-cu il təvəllüdlü Səadət Verdiyevanın üzərində zorakılıq əlamətləri olan meyiti yataq otağında tapılıb.

Gəncə şəhər Prokurorluğu və Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətin Goranboy rayon Səmədabad kənd sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkumluq həyatı yaşayan Famil Məmmədov tərəfindən törədilməsi müəyyən edilib. Cinayəti törədən şəxs saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.


Xəbəri paylaş

7228 dəfə oxunub.

Digər xəbərlər
1-04-2016, 13:48 Hava yenə pisləşəcək

bütün xəbərlər
____ Instagram ___