Heyvanları öldürür, insanları iynəsiylə şoka salır – Dünya yeni fəlakətlə ÜZ-ÜZƏ - FOTO
Tarix: 09-12-2016 | Saat: 23:04
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər
Avstraliyanın Queensland əyalətində sürətlə çoxalan qırmızı atəş qarışqası ölkə üçün əsil təhlükəyə çevrilib.
"Xəbəraz.az " xəbər verir ki, Avstraliyanın ABC telekanalında yayımlanan “Beynəlxalq Qırmızı Atəş Qarışqasını Yox Etmə” Proqramında 2001-ci ildə Cənubi Amerikadan gələn bu həşəratların vəhşi dovşanlar, qara qurbağalar və tülkülərdən daha təhlükəli olduğu deyilir.
Telekanalın məlumatına görə, sürü halında hücuma keçən qırmızı atəş qarışqalarının zəhərli iynələri var. Bu qarışqaların dişlədiyi insanlar ölümcül şoka düşür, kiçik heyvanlar isə ölürlər.
Qırmızı atəş qarışqalarının açdığı tunellər asfalt yollarının çökməsinə səbəb olur. Həmçinin, tarlalara böyük zərər verirlər. Bu həşəratların hətta kabelləri belə kəsmək gücündə olduğu deyilir.
Tədqiqatçılara görə, ana qarışqanın rəhbərlik etdiyi hər bir böyük yuvada 300 min "əsgər" yaşayır.
İndiyə qədər qırmızı atəş qarışqalarını məhv etmək üçün yuvaya və qidalarına zəhər yeridilsə də, heç bir nəticə əldə olunmayıb.
ABC telekanalının məlumatına görə, bu qarışqalar tezliklə məhv edilməsə, Avstraliyanı bütövlükdə “işğal edəcəklər”. Hazırda təhlükəli qarışqaların 50 kilometrlik ərazidə yayıldığı təxmin edilir. Hər il 3 min insan bu qarışqaların hücumu nəticəsində ölümcül şoka düşür.
Təbiət elmləri üzrə mütəxəssis Andrev Cox deyib ki, vaxt getdikcə azalır:
“İndi hərəkətə keçməsək, qırmızı atəş qarışqaları iqtisadiyyata, ətraf mühitə, səhiyyə sisteminə və həyatımıza böyük zərbə vuracaq. Onları məhv etmək hələ də mümkündür. Sonra çox gec olacaq”.
Avstraliyanın kənd təsərrüfatı naziri Barnabi Joyce isə yaranmış təhlükənin 2017-ci ilin mayında keçiriləcək toplantının gündəmində olacağını bildirib.publika
Xəbəri paylaş
9268 dəfə oxunub.
Digər xəbərlər

9-11-2015, 15:23
Yol polisindən yağış xəbərdarlıq: Bu sürücülər cərimələnəcək
29-10-2016, 10:03
Leyla Əliyeva sərgidə - Fotolar
9-04-2015, 21:00
Azərbaycanlıların qəbiristanlığında oğurluq- Gürcüstanda
4-05-2017, 12:52
Ər arvadını baltaladı-Ucarda
23-01-2016, 01:57
Bakıda gilasın bir kilosu 98 manatdır - FOTOFAKT
18-09-2022, 09:33
İranda ağlasığmaz olay - Hicabı düzgün taxmayan 22 yaşlı qızı...
13-07-2022, 09:50
Dəhşətli silah Ukraynanın qələbəsini təmin edəcək - Cəmi 8 ədəddir...
5-02-2019, 12:02
Hacıqabulda ov edən əcnəbi cərimələndi
17-06-2022, 11:18
Çimərlik seçərkən nələrə diqqət edilməlidir? - AÇIQLAMA