Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakının bu küçəsindəki bütün binalar söküləcək - FOTO
Tarix: 09-12-2016 | Saat: 20:01
Bölmə:Karusel / Hadisə / Bizim seçim / Foto-fakt | çapa göndər

Bakının bu küçəsindəki bütün binalar söküləcək - FOTO


Paytaxtda nəhəng söküntü dalğası başlayıb.

Sakinlər evlərindən çıxarılırlar.
"Xəbəraz.az " sputik.az-a istinadən xəbər verir ki, bir neçə gündür ki, Nərimanov rayonu Faiq Yusifov küçəsində binaların sökünütüsünə başlanılıb. Ərazi dəmir çəpərlərlə əhatəyə alınıb. Binlar sökülür və qarşısında olan ağaclar kəsilir.



Əraziyə yaxınlaşmağa isə icazə verilmir. Ötən gün əraziyə yaxınlaşıb bir neçə foto çəkmək istədim. Yolun kənarında dayanmış və özünü tikintinin briqadiri kimi təqdim edən şəxs, "mən sizə məlumat verə bilmərəm, gedin, işinizlə məşğul olun" dedi. Ərazidə yaşayan sakinlərlə söhbət zamanı məlum oldu ki, 2-3 ay əvvəl sakinlərlə müqavilə bağlanıb və onların köçürülməsi üçün işlər görülür. Sakinlərdən birinin sözlərinə görə, əvvəllər bu ərazilər İmişli rayonundan olan sahibkara aid imiş. Sonradan ərazi ondan alınıb. Yeni sahibin kim olunduğu bilinməsə də, sakinlərin diqqətini çəkən odur ki, son zamanlar əraziyə ərəblər daha çox gəlirlər.



"Ərazidə 9 mərtəbəli binalar tikiləcək. Sakinlərə - 1 otağı olanlara 300 manat, 2 otağı olanlara 400 manat, 3 otağı olanlara 500 manat kirayə pulu verilir. Deyilənə görə, 1 il 8 ay və ya 2 il ərzində sakinlər yeni mənzillərlə təmin ediləcəklər", - sakinlərdən, adının çəkilməsini istəməyən həmsöhbətimiz bildirdi. Onun sözlərinə görə, burada yaşayan sakinlərə, yeni tikilmiş binalarda, daha geniş kvadratla yeni mənzillər veriləcək:



"Sakinlərin bu tikintiyə və söküntüyə heç bir narazılığı yoxdur. Çünki buradakı evlər sovet dövründən qalmış köhnə, təmirsiz, kiçik kvadratlı mənzillərdir".
Sakinlərin sözlərinə görə, Faiq Yusifov küçəsindəki binaların hamısı artıq "plana" düşüb və yaxın günlərdə küçədə boyundakı bütün binalar söküləcək. Və yeri gəlmişkən, ərazidə Pişəvari adına Humanitar Fənnlər Gimnaziyası da yerləşir.


Bakının bu küçəsindəki bütün binalar söküləcək - FOTO


Xəbəri paylaş

6258 dəfə oxunub.

Digər xəbərlər
11-05-2022, 12:48 DSX hərbçisi intihar etdi

bütün xəbərlər
____ Instagram ___