Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərəb şeyxi ilə ailə quran gimnastımız qınanmalıdırmı?
Tarix: 07-12-2016 | Saat: 20:52
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Ərəb şeyxi ilə ailə quran gimnastımız qınanmalıdırmı?


Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid əl- Məktuma ərə getməsi bir neçə gündür ki, mətbuatın və sosial şəbəkələrin gündəmindədir. Gimnast xanımın ərəbə 3-cü həyat yoldaşı olaraq ərə getməsi birmənalı qarşılanmayıb. Z. Cavadlı sosial şəbəkələrdə qınaq obyektinə çevrilib, tənqid və təhqir olunub.

Bəs, idmançı xanımın əcnəbi bəylə ailə qurmasının bu qədər müzakirə olunması nə dərəcədə doğrudur?

Musavat.com Azərbaycanın tanınmış xanımlarının bu məsələyə münasibətini öyrənmək üçün onlar arasında sorğu keçirib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, ölkədə əcnəbi vətəndaşlarla nikaha girən minlərlə qadın var: “Amma hələ kiminsə qınaq obyektinə çevrildiyini görməmişəm. Əgər yalnız ərəb şeyxi ilə ailə qurmaq qəbahət sayılırsa, bu absurd fikirdir. Oxuduğuma görə, Zeynəb tanınmış gimnastdır və ölkənin maraqlarını həmişə yüksək səviyyədə təmsil etmək düşüncəsində olan qızdır.

Nikah könüllü, razılıqla , tərəflərin birgə istəyi çərçivəsinə baş veribsə, kiminsə başqasının həyatına müdaxilə etməsi insan haqlarına ziddir. Bəzi qadınlar nikah çərçivəsinə ölkəsinə daha çox xeyir verə bilirlər. Məncə, bu nikah da bizim ölkəyə ziyan yox, xeyir gətirə bilər. Əcnəbilərlə ailə quran xanımlarımız ölkə maraqları ilə öz şəxsi həyatlarını paralel tuta bilərsə, bu ən gözəl birləşmə olar. Belədirsə, Allah ailə quran bütün qızlarımızı xoşbəxt etsin”.

Aktrisa Çimnaz Sultanova bildirib ki, gimnast xanımın qınanması gülməlidir: “Sovet dövründə baxdığımız filmlərdə görürdük ki, bir kişi qadınını tərk edirdisə, bütün iş yoldaşları, ətrafdakı hər kəs yığışıb onu danlayırdı ki, xanımının yanına qayıt. Biz sovet zamanında yaşamırıq. Kimin nəyinə lazımdır ki, bir xanımın ərəblə ailə qurmasına qarışır. Bu gülməli haldır. Bir xanım təzə ailə qurubsa, xoşbəxtdirsə, sevinməliyik. Bunu müzakirə etmək bizə düşməz. Bir qadını təhqir və tənqid etmək heç kimə yaraşmaz”.

Müğənni Nura Suri qeyd edib ki, insanların şəxsi həyatına qarışmaq doğru deyil: “Niyə kimsə bu məsələyə şərh verməlidir? Heç kəsin başqasının həyatına qarışmağa haqqı yoxdur. İnsanların ağıl səviyyəsi o qədər aşağı düşüb ki, paxıllıqdan, özlərinə olan diqqətsizlikdən özlərini belə alçaldırlar. Başqasına palçıq atanın ilk növbədə öz əlləri palçığa batır. Başqasını təhqir etmək insanın içindəkini nümayiş etdirir. Kimin içində nədirsə, o da dilindədir. Gimnast xanımın tənqid və təhqir olunması doğru addım deyil”.

Qeyd edək ki, cütlük 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il də evlənib. Bu ilin iyun ayında isə onların qız övladı dünyaya gəlib. Körpəyə Səid əl-Məktumun nənəsi Sananın adı verilib.


Xəbəri paylaş

9348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___