Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gediş haqqını nağd alan sürücü işdən çıxarıldı
Tarix: 07-12-2016 | Saat: 19:56
Bölmə:Karusel / Hadisə | çapa göndər

Gediş haqqını nağd alan sürücü işdən çıxarıldı

Bakıda sərnişindaşıma ilə məşğul olan şirkətlərdən birinin sürücüsü işdən azad edilib.

"Xəbəraz.az " xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) hafta.az-a verilən məlumata görə, buna sərnişin tərəfindən daxil olmuş şikayət səbəb olub.

BNA-ya daxil olan şikayətdə deyilir:

"88 nömrəli marşrutda nağdsız ödəniş sisteminin tətbiq edilməsinə baxmayaraq, bu marşrut üzrə hərəkət edən 10 TH 401 dövlət nömrə nişanlı avtobusun sürücüsü gediş haqqını sərnişinlərdən nağd şəkildə qəbul edib".

Daxil olan şikayət və videofakt qurum tərəfindən araşdırılıb və BNA-nın iradı əsasında daşıyıcı şirkət tərəfindən sürücü E.İsmayılov işdən azad edilib. Həmçinin daşıyıcı şirkət tərəfindən əmək kollektivi ilə toplantı keçirilib, sürücülər sərnişindaşıma qaydalarına riayət edilməsi barədə təlimatlandırılıb.


Xəbəri paylaş

7168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___