Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müğənni Sima Nəsirova iddialıdır: “Peşman deyiləm” – AUİDO – FOTOSESSİYA
Tarix: 06-12-2016 | Saat: 19:56
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV / Fotogalereya | çapa göndər

Müğənni Sima Nəsirova iddialıdır: “Peşman deyiləm” – AUİDO – FOTOSESSİYA


“Bu sənətdə özümü tapmışam”.

"Xəbəraz.az " xəbər verir ki, “Yetər” adlı çıxış mahnısı ilə yerli şou-biznesdə ulduzu parlayan estrada və vokal ifaçısı Sima Nəsirova yaradıcılığında ona uğur gətirəcək daha bir bəstəni repertuarına daxil edib.
“Peşman deyiləm” adlı mahnının sözləri Murad Arifə, musiqi və aranjimanı Cavid Rəcəbova məxsusdur. Yeni işindən danışan Sima, yaradıcı layihələrinin davamlı olacağı anonsunu verdi: “Səsimə və istedadıma çox güvənirəm. Bu sənətdə özümü tapmışam. İnanıram ki, oxucularınızdan yaradıcılığımla bağlı müsbət qiymət alacağam. “Peşman deyiləm” şərq üslubunda yazılmış bir bəstədir. İndidən söyləyim ki, sözlərin şəxsi həyatımla bağlılığı yoxdur. Şeirin müəllifi Murad Arifdir. Cavid Rəcəbov bəstəni mənə təqdim edəndə söylədi ki, bu real hitə namizəd olan mahnıdır.
İnşAllah onun dediyi təsdiqini tapar. Qarşıma məqsəd qoymuşam ki, 2017-ci ildə biri-birinin ardınca repertuarıma yeni mahnılar daxil edim. Bu sənətdə qətiyyən fasilə vermək olmaz”. Sima Nəsirova yeni mahnısının tanıtımı üçün fotoqraf İska İsmayılovun kamerası qarşısına keçərək maraqlı şəkillər də çəkdirib.
Həmin fotosessiyanı və sözügedən mahnının YouTube linkini oxucularımız üçün yayımlayırıq.

Fotolar: @iska_ismayilov
@sima_nesirova_


Müğənni Sima Nəsirova iddialıdır: “Peşman deyiləm” – AUİDO – FOTOSESSİYA
Müğənni Sima Nəsirova iddialıdır: “Peşman deyiləm” – AUİDO – FOTOSESSİYA
Müğənni Sima Nəsirova iddialıdır: “Peşman deyiləm” – AUİDO – FOTOSESSİYA
Müğənni Sima Nəsirova iddialıdır: “Peşman deyiləm” – AUİDO – FOTOSESSİYA
Müğənni Sima Nəsirova iddialıdır: “Peşman deyiləm” – AUİDO – FOTOSESSİYA
Müğənni Sima Nəsirova iddialıdır: “Peşman deyiləm” – AUİDO – FOTOSESSİYA
Müğənni Sima Nəsirova iddialıdır: “Peşman deyiləm” – AUİDO – FOTOSESSİYA


Xəbəri paylaş

3 4348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___