Ürəyin dostu ARAXİS. Hər gün 1 ovuc
Tarix: 05-12-2016 | Saat: 20:53
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Araxis mərci, lobya, noxud, soya kimi bitkilərin yaxın qohumudur. Araxıs ürək və damarlar üçün çox faydalı məhsuldur.
Amerikada aparılmış son elmi araşdırma göstərib ki, araxisin gündəlik qəbulu ürək-damar sistemi xəstəliklərinin riskini xeyli azaldır.
Araşdırmada 120 min nəfərdən çox insan iştirak edib. Məlum olub ki, həftədə 6 gün 1 ovuc (təxminən 30 qr) araxis yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölümün riski 30% azalır.
Alimlər bunu araxisin tərkibində olan maqnezium, fitosterol və fol turşusu ilə izah edirlər.
Maqnezium damarları genişləndirir və bununla da arterial təzyiqi aşağı salır. Bu isə bir çox ürək-damar sistemi xəstəliklərinin profilaktikasıdır.
Fitosterol pis xolesterolun səviyyəsini aşağı salır və bununla da aterosklerozun inkişafının qarşısını alır. Ateroskleroz zamanı damarlarda xolesterol yığılır ki, nəticədə damarlar daralır, onların elastikliyi pozulur. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi sayılır.
Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar araxisi gündəlik qidalanmasına daxil etməlidir. Bu onların vəziyyətinə müsbət təsir edəcək.
Lakin bütün bu gözəl xüsusiyyətlərə baxmayaraq araxis ən güclü qida allergenlərindən biridir və allergiyadan əziyyət çəkən insanlar bu məhsulun qəbulundan imtina etməlidir.
Saglamolun.Az
Xəbəri paylaş
8298 dəfə oxunub.
Digər xəbərlər

30-08-2017, 16:40
Mehman Əliyev həbsdən buraxılmadı
14-07-2017, 18:39
Elmira Süleymanova "Şərəf" ordeni ilə təltif edildi
7-10-2017, 10:25
Sevgilinizi düzgün seçmisiniz? - 5 İŞARƏ
3-11-2020, 19:16
Müharibə Ermənistanı iflasa aparır - Rusiya KİV
6-11-2016, 22:26
Şəmkirdə güclü partlayış - Ər-arvad yaralandı+Video
9-02-2020, 22:18
Adil Əliyev qələbəsini belə qeyd etdi - VİDEO
7-09-2017, 12:31
"Qarabağ"-"Roma" oyununun biletləri SATIŞDA
28-09-2016, 19:29
Elza Seyidcahan nəvəsinə elə bir ad qoydu ki... - FOTO
31-03-2015, 15:30
Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidenti İslam Kərimova təbrik məktubu göndərib.