Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cavid Qurbanovun vəzifə verdiyi xanım jurnalist: "Yeniliklərim var"
Tarix: 03-12-2016 | Saat: 12:21
Bölmə:Karusel / Bizim seçim | çapa göndər

Cavid Qurbanovun vəzifə verdiyi xanım jurnalist: "Yeniliklərim var"


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində kadr dəyişikliyi baş verib. Sədr Cavid Qurbanovun əmri ilə qurumun Mətbuat Katibliyi ləğv edilərək İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Şöbənin rəisi vəzifəsinə Sevinc Qədirova təyin edilib. N.Əzməmmədov isə Şöbənin nəzdində fəaliyyət göstərəcək Mətbuat xidmətinin rəisi vəzifəsinə təyinat alıb.

"Xəbəraz.az " xəbər verir ki, şöbə rəisi S.Qədirova modern.az-a açıqlama verib. O, bir ildən artıq müddətdə "Azərbaycan Dəmir Yolları" QSC-da çalışdığını bildirib:

"Mən 2015-ci ilin may ayından etibarən qurumun Mətbuat Katibliyində çalışmışam. Sadəcə, bu vəzifəyə yeni təyin olunmuşam".

S.Qədirova bir çox yeniliklərinin anonsunu verib:

"Bir neçə yeniliklərim var, sadəcə, indi açıqlamaq istəmirəm. Tədricən açıqlamalarım olacaq. Hələlik bu barədə nəsə demək istəmirəm.

Mən uzun illər televiziya sahəsində çalışdığıma görə jurnalistlərlə əlaqələrim genişdir və xoş münasibətlərimiz var. Bundan sonra da hər bir jurnalistlə qarşılıqlı anlaşma şəraitində fəaliyyətimizi quracağıq".

O, eyni zamanda deyib ki, hələlik mətbuata açıqlamaları Nadir Əzməmmədov verəcək:
"Mən işlərimi yekunlaşdırdıqdan, tam adaptasiya olduqdan sonra özüm çıxacam mətbuata".


Xəbəri paylaş

6248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___