"Qarabağ"ın kapitanı: "Elə qələbədənsə, uduzmaq yaxşıydı"
Tarix: 02-12-2016 | Saat: 19:50
Bölmə:Karusel / İdman | çapa göndər
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Qəbələ" ilə görüşdən sonra yaranan söz-söhbətdən məyus olduğunu deyib.
"Xəbəraz.az "-ın "futbolinfo"ya istinadən məlumatına görə, Sadıqov müsahibəsində belə qələbəni arzulamadığını deyib. Həmin müsahibədən qısa bir sitatı sizin diqqətinizə çatdırırıq: "Olduqca məyusam. Bu cür söz-söhbətlə qalib gəlməkdənsə, kaş uduzaydıq. Allah şahiddi ki, "Qarabağ” heç vaxt hansısa oyuna getməyib. Nə qazanmışıqsa, alın tərimizlə, zəhmətimizlə əldə etmişik. Son illərdə belə keyfiyyətli futbol görməmişdim. Hər iki komanda fantastik oyun sərgilədi. O qədər taktiki, fiziki, texniki mübarizələr getdi ki... sadəcə, zövq alırdım. Qarşılaşmanı UEFA-dan gələn təlimatçıyla izləyirdim. O da etiraf etdi ki, Azərbaycan çempionatında bu cür oyuna şahidlik edəcəyini ağlından keçirmirmiş. "Qarabağ” da, "Qəbələ” də ölkəmizi Avropada ən yüksək səviyyədə təmsil edir. Bu komandaya hamımızın böyük simpatiyası var. Uğurlarına daim sevinmişik. Bilirəm ki, onlar da bizə qarşı eyni münasibətdədilər. Təəssüf ki, sonluq bu cür alındı. Heç ilk dövrədə Qəbələdən məğlub ayrılanda bu qədər məyus deyildim.
Üzümü hakimlərə tutub deyirəm: lehimizə 100 faizli penalti olanda da təyin etməyin! Qardaş, istəmirik. Alın yazımız nədirsə, ona da imza atacağıq. Dəxli yoxdu, çempion olacağıq, yoxsa digər əyarlı medala sahib çıxacağıq. Biz həmişə təmiz futbolun tərəfdarı olmuşuq".
Xəbəri paylaş
6718 dəfə oxunub.
Digər xəbərlər

30-06-2019, 17:07
İlham Əliyev baş direktoru qəbul edib
22-09-2017, 10:08
"Qarabağ"-"Roma" oyununa neçə min bilet satılıb? - RƏSMİ
20-09-2019, 14:32
Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi
17-02-2016, 13:17
Baku_City_Kids_Group -dan yep yeni lahiyə (FOTO VİDEO)
3-07-2015, 10:56
Prezidentin qızı ad gününü qeyd edir - Leyla Əliyeva:
12-02-2017, 11:38
Xərçəngə düçar olmuş azərbaycanlı rejissor komaya düşdü
5-01-2016, 12:48
Gürcüstanda siqaretlərin qiyməti kəskin bahalaşdı