Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda ölən tanınmış iş adamının oğlu ilə bağlı – YENİ FAKTLAR
Tarix: 02-12-2016 | Saat: 11:20
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda ölən tanınmış iş adamının oğlu ilə bağlı – YENİ FAKTLAR
Xəbər verdiyimiz kimi, Bakıda tanınmış iş adamı, hazırda həbsdə olan Nəriman Əliyevin gənc oğlu qəfildən dünyasını dəyişib.

"Xəbəraz.az " femida.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində körpünün üzərində qeydə alınıb.

20 yaşlı Əliyev Asim Nəriman oğlu qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşib. A.Əliyev hava almaq üçün qardaşından avtomobili saxlamasını xahiş edib.

O, körpünün üzərində dayanarkən qəfildən yıxılıb. A.Əliyev dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İş adamı Nəriman Əliyevin qəfil dünyasını dəyişən oğlu Asim Əliyevlə bağlı bəzi faktlar məlum olub. Belə ki, infarkt keçirən 20 yaşlı Asim Əliyev peşəkar idmançı olub. O universal döyüş üzrə dünya çempionatında iştirak edib. Həkimlərin dediyinə görə, o, infarkt keçirib. A.Əliyev “Qarabağ Broyler MMC”-nin və “Şəhriyar” şadlıq sarayının sahibi Nəriman Əliyevin oğludur.

Dekabrın 10-da A.Əliyevin toy məclisi olacaqmış. Onun nişanlısı yüksək vəzifəli polis əməkdaşının qızıdır.

N.Əliyev bir müddət əvvəl qanunsuz silah gəzdirmə və narkotiklə bağlı həbs edilib. İş adamı bir müddət əvvəl vəkili vasitəsilə ona məxsus şadlıq sarayının yandırılmasının videosunu yaymışdı. İddia edirdi ki, şadlıq sarayı Bakı Şəhər Baş Polis İdarəsinin polkovnikinin sifarişi ilə yandırılıb.





Xəbəri paylaş

6898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___