17 il əvvəl çökmə baş verən mədəndən sağ tapıldı - FOTO
Tarix: 01-12-2016 | Saat: 18:12
Bölmə:Karusel / Hadisə / Dünya / Foto-fakt | çapa göndər
Dünya mətbuatında 17 il yer altında sağ qalan insanın 2014-cü ildə xilas edildiyi barədə məlumat geniş yayılıb.
"Xəbəraz.az " interaz-a istinadən xəbər verir ki, Çinin Sintszyan əyalətində 1997-ci ildə baş verən 7.8 maqnitudalı zəlzələ nəticəsində mədən tunellərinin böyük hissəsi çöküb. 118 nəfər dağıntılar altında qalaraq ölüb və bundan sonra mədəni uzun müddət bağlı saxlayıblar.
17 il sonra hasilatı bərpa etməyə qərar verilir. Bu zaman köhnə mədəndə sağ qalmış insanın aşkarlanması hər kəsi heyrətə gətirib.
Bu, 59 yaşlı Çan Vey olub. Onun vəziyyəti olduqca ağır qiymətləndirilib və bu səbəbdən fiziki, psixi vəziyyətinin dəyərləndirilməsi üçün klinikaya çatdırılıb. Şəxsin sağ qalmasına səbəb isə havalandırma kanalının zədələnməməsi və qəza şəraiti üçün düyü və su ehtiyatının qalması olub.
Nə qədər dəhşətli olsa da, kişi rasionuna siçan əti və mamırları da əlavə edib. Bu bitkilər onun üçün yeganə vitamin mənbəyi qismində çıxış edib. Mənbələrin məlumatına əsasən, bu hal insanın yer altında qaldığı rekord müddətdir.
Lakin bir çox internet istifadəçiləri məlumatın həqiqətə uyğunluğundan şübhələniblər. Onlar guya xilas edilən mədənçinin fotolarının əslində Tokioda İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinin anım mərasimi zamanı çəkildiyini aydınlaşdırmağa müvəffəq olublar.
Bununla belə dərhal əks-arqument tapılıb. Xilasetmə zamanı heç kəsin Çan Veyin fotosunu çəkmək ağlına gəlmədiyindən müxbirlər diqqət cəlbi üçün ələ keçən ilk fotonu götürüblər.
Xəbəri paylaş
1 0628 dəfə oxunub.
Digər xəbərlər

12-11-2020, 10:05
Saatlıda kişi arvadını bıçaqlayaraq ÖLDÜRDÜ
27-12-2017, 21:38
Larisa "Vicdan haqqı"dan getdi
16-07-2018, 17:20
Bakı meriyasına mühüm təyinat - Paytaxt Eldar Əzizova tapşırıldı
28-08-2016, 09:58
Yataq otağına gizli kamera quraşdıran ər şoka düşdü - VİDEO
1-05-2015, 13:24
ABŞ-da qaradərili qadın ağdərili polisləri öldürməyə çağırıb
7-03-2016, 21:02
Prezident hərbi xidmətə çağırış haqqında sərəncam verdi
16-11-2018, 10:27
Vulkanların aktivləşməsi zəlzələ olacağından məlumat verir
20-12-2018, 12:41
Təcavüz etdi,sonra başını kəsdi-Dəhşətli qətlin TƏFƏRRÜATI
10-10-2023, 08:36
Şoraba çox yemək beyində dəyişiklik yaradır
17-03-2016, 11:12
Bakıda yoxa çıxan 25 yaşlı gəlin tapıldı