Bakıda ata, ana və iki azyaşlı uşaqları diri-diri yanıb öldü - Əli Həsənov hadisə yerində - TƏFƏRRÜAT - VIDEO
Tarix: 29-11-2016 | Saat: 11:40
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda yarımçıq tikilidə 4 nəfərin ölümünə səbəb olan yanğın yerinə baş çəkib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Əli Həsənov hadisə yerinə baxış keçirib, yarımtikilidə məskunlaşan Füzuli və Cəbrayıldan olan məcburi köçkünlərlə görüşüb. Hadisə nəticəsində 10 ailə evsiz qalıb, onlardan bəzilərinin evi tamamilə yanıb.
Hadisə nəticəsində ölənlər hamısı Füzuli rayonundan məcburi köçkündürlər. Onların cəsədi dəfn olunmaq üçün Füzuliyə aparılıb.
Ümumilikdə yarımtikilidə 20-dək ailə yaşayır.
***
10:31
Bu gecə Bakıda bir ailənin məhv olması ilə nəticələnən dəhşətli hadisənin bəzi təfərrüatı məlum olub. Hadisənin şahidi olmuş şəxs bildirib ki, yanğının baş verdiyi yarımçıq tikilinin zirzəmisində 6 ailə yaşayır və yanğın baş verərkən tüstü əsasən Babaşovların yaşadığı mənzilə dolduğundan onlar xilas ola bilməyiblər. Gecə vaxtı qəfil başlayan yanğın orada yaşayanları təşvişə salıb və hamı mənzillərini tərk etməyə çalışıb. Tüstü çox qatı olduğundan Babaşovlar mənzili tərk edə bilməyiblər və ailənin 3 üzvü hamam otağına daxil olub. Onlar elə hamamdaca boğularaq ölüb. Ailənin digər bir üzvü isə yataq otağında vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
****
9:04
Bakı şəhəri, Nizami rayonunda sovet dövründən tikintisi yarımçıq qalmış yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb.
"Xəbəraz.az "-ın xəbərinə görə, yanğının kəşfiyyatı zamanı 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.
Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Xəbəri paylaş
8088 dəfə oxunub.
Digər xəbərlər

12-11-2017, 15:02
Şəkidə nəvə nənəsini necə qətlə yetirdi? TƏFƏRRÜAT
24-06-2015, 13:41
Ukraynalı biznesmen beynəlxalq axtarışa verildi
13-06-2015, 14:27
Bir dəfəyə 9 xal qazanan Rafiq
16-04-2015, 01:03
Avropa Parlamenti “erməni soyqırımı”nı tanıdı- Qətnamə
6-08-2023, 13:29
Bakıda hava küləkli olacaq, dağlıq ərazilərə yağış yağacaq
31-10-2023, 11:38
Sosial yardımlar nə qədər artırılacaq? - RƏQƏMLƏR
31-12-2016, 19:46
Mərkəzi Bank: 2017-ci ildə sərt pul siyasəti həyata keçiriləcək
23-03-2016, 16:19
"Tavan çökdü, hər yan qan idi..."