Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağıllı olmaq üçün yeyiləsi 5 qida
Tarix: 29-11-2016 | Saat: 10:48
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Ağıllı olmaq üçün yeyiləsi 5 qida


Beynin inkişafı, yaddaşın güclənməsi, ağlın daha iti düşünməsi üçün bu 5 qida çox önəmlidir. Xüsusilə də dərs oxuyan, elmi işlə çalışan insanların bu qidaları müntəzəm olaraq yeməsi faydalıdır: beyin yorğunluğunu aradan qaldıran, gümrah edən ərzaqlarla tanış olaq!

Balıq


Sözsüz ki, bu mövzuda birinci yeri BALIQ tutmalı idi... Tərkibindəki Omeqa-3 turşusunun (balıq yağı) sayəsində bu dəniz məhsulu beyin fəaliyyətini gücləndirən ən əla qidadır!

İspanaq


Kalsium, maqnium, sink, dəmir, A, C və E vitaminləri ilə zəngin olan ispanağa elə-belə baxmayın. Onu gündəlik qida rasionumuza daxil etməliyik. Bu göyərtidə həm də ən vacib olan element – fol turşusu var ki, onu uşaqların, hamilə xanımların daha çox istifadə etməsi qaçılmazdır. Əgər siz və ailəniz ispanağı sevmirsizsə, ondan fərqli, dadlı yeməklər hazırlaya və bu möcüzəvi bitkiyə heyran ola bilərsiz...

Püstə



Beynin yaxşı çalışması üçün vacib olan elementlərdən ən əsası dəmirdir. Bu element yorğunluqla mübarizə aparmağa, gümrahlığı artırmağa kömək edir. Dəmirsiz beyin heç bir halda normal fəaliyyət göstərə bilməz!!! Bu baxımdan da ən çox dəmirə sahib olan qidalardan biri də püstədir. Bu element ciyər, göbələk, hətta digər çərəzlərlə müayisədə püstədə daha çoxdur. Odur ki, imkan daxilində onu tez-tez alın və yeyin, uşaqlara yedirin.

İtburnu


İtburnu çayı böyük miqdarda C vitamini mənbəyi deməkdir – bunu hər kəs bilir. Amma kimsə bilirdi ki, bu bitki beynin fəaliyyətinə stimul vermək qabiliyyətinə də malikdir? Məsələ burasındadır ki, C vitamini və ya askorbin turşusu sayəsində bu bitki ilə dəmlənmiş çayı içən insanlarda beyin dincəlir, diqqət toplanır, dərketmə sürətlənir, yorğunluq hissi aradan qalxır.

Kəsmik


Kalsiumla zəngin qidaların sümük və dişləri bərkitdiyi hər kəsə məlumdur. Sən demə, belə qidalardan olan kəsmik həm də beynin inkişafına da təsir göstərir. Bunun cavabı sadədir: beynin normal fəaliyyəti sakit sinir impluslarından, sinir sistemi isə kalsiumun miqdarından asılı olaraq fəaliyyət göstərir. Bu isə o deməkdir ki, kəsmiyin tərkibindəki sink, dəmir, fosfor, kalsium, kalium kimi elementlər nəinki beynin sağlamlığı, hətta bütün orqanizmin sağlamlığı üçün vacibdir. Odur ki, bu qidaları çox yeyin!


Xəbəri paylaş

7248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___