Güləşçilərimiz 7 medal qazandı - Foto
Tarix: 27-11-2016 | Saat: 10:00
Bölmə:Karusel / İdman / M2 / Gənclərimiz | çapa göndər
Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsi keçirilib.
"Xəbəraz.az " xəbər verir ki, sayca 9-cu dəfə təşkil olunan turnirə 50-dən çox ölkədən 700-ə yaxın güləşçi qatılıb. Son yarış günündə yunan-Roma güləşi üzrə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.
Güləşçilərimiz son yarış günündə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Qızıl medalları yığmamıza Həsən Əliyev (71 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Oyan Nəzəriani (130 kq) qazandırıblar. Yalnız final görüşündə uduzan Elvin Mürsəliyev (75 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə Rövşən Tağıyev (66 kq) və Soltan İsmayılovun (85 kq) payına düşüb.
Xatırladaq ki, sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc, qadın güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar.
Beləliklə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsini güləşçilərimiz bütövlükdə 7 qızıl, 3 gümüş və 7 bürünc medalla başa vurublar.
Xəbəri paylaş
9208 dəfə oxunub.
Digər xəbərlər

7-09-2022, 11:48
Azərbaycanda 13 yaşlı qız ana oldu
14-10-2016, 19:14
Yol qəzasında 5 tələbə yaralandı - AZƏRBAYCANDA
23-03-2016, 20:37
Asiyanın ən seksual DJ-i - FOTO VIDEO
15-09-2017, 11:56
Azərbaycanda yeni dövlət qurumu yaradıldı - Fərman
16-10-2020, 17:02
Ərdoğan İstanbulda Zelenski ilə görüşdü
1-01-2023, 12:54
Rəşad Dağlının övladlarına YENİ İL SÜRPRİZİ - FOTO
25-06-2015, 12:58
İŞİD çörək növbəsinə dayananları partlatdı (FOTO)
21-08-2018, 20:55
Həyat yoldaşınızı çağırarkən diqqətli olun
23-02-2017, 18:13
"Fatmagülün suçu ne" yenidən çəkilir - Hindistanda
29-08-2019, 18:07
Əli Nağıyev onu idarə rəisi TƏYİN ETDİ