Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ulduzlar arasında yaşanan ən real eşq – Şakira-Pike
Tarix: 27-11-2016 | Saat: 09:35
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt / Məşhurların Taleyi | çapa göndər

Ulduzlar arasında yaşanan ən real eşq – Şakira-Pike
Kolumbiya mətbuatının iddialarına görə, Livan əslli Kolumbiyalı müğənni Şakira İzabel Mübarək Ripolla İspaniya millisinin müdafiəçisi Jerar Pike üçüncü uşağı gözləyir. Milyonların sevimlisi olan bu xoşbəxt cütlüklə yaxından tanış olaq.

"Xəbəraz.az " xəbər verir ki, futbol ulduzu Jerar Pike ilə eşq yaşadığı ortaya çıxdıqdan sonra cütlük daima dünya KİV-in diqqət mərkəzində olub.

Hazırda ulduzlar arasında yaşanan ən real məhəbbətlərdən biri hesab olunan bu eşqin əsası 2010-cu ildə qoyulub. Aralarında olan 10 yaş fərqə, 35 santimetr boy fərqinə baxmayaraq, bu məhəbbət olduqca pozitiv və səmimi görünür.

2010-cu ildə cütlüyün eşq yaşadığı, lakin mətbuatdan gizli saxlanıldığı haqda məlumatlar yayılmağa başlayanda onların birlikdə çəkilən fotosunu KİV-ə təqdim edəcək şəxsə 200 min dollar vəd edilmişdi. Lakin heç bir jurnalist buna müvəffəq ola bilmədi.

Yalnız 2011-ci ildə “Barselona” komandasının mərkəz müdafiəçisi Pike öz doğum günündən Şakiranın da yer aldığı bir fotonu paylaşır. Bir neçə həftə sonra o, rəsmi Feysbuk səhifəsində Şakira ilə fotosunu paylaşıb bu sözləri yazır:

“Les presento a mi Sol” – “Mən sizi öz günəşimlə tanış etmək istəyirəm”.

Pike ilə Şakira 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatı zamanı “Vaka-Vaka” klipinin çəkilişləri zamanı tanış olub. Kataloniyanın TV3 kanalına danışan müdafiəçi tanışlıqlarını belə xatırlayır:

“2010-cu ildə Dünya çempionatına hazırlaşıdığımız vaxtda Şakira ilə Madriddə tanış oldum. Turnirin rəsmi mahnısı olan “Vaka-Vaka”nın klip çəkilişində idik. Lakin bütün olanlar CAR-da başladı. Şakira Dünya çempionatının açılış mərasimində səhnəyə çıxacaqdı. Mən ona mesaj yazaraq, havanın necə olduğunu soruşdum. Belə bir suala qısa və lakonik cavab vermək varkən, o, mənə ətraflı cavab yazdı və tez-tez havanın durumundan xəbərdar etməyə başladı.

Daha sonra ona “səni yenidən görmək üçün finala çıxmağımız lazımdır”, - dedim. Çünki o finalda səhnədə olacaqdı. Bütün gücümlə oynadım və finalda çempion olduq”.

Bütün ictimai yerlərdə və lentə alındıqları əyləncə mərkəzlərində xoşbəxt görünən cütlük 2011-ci ilin oktyabrında ayrılmaq qərarına gəldi. Tərəflər ayrılığa şərh verməsə də, Şakiranın səhnəyə tez-tez çıxmamağından, əhvali-ruhiyyəsindən, görünüşündən bu ayrılığı çətin yaşadığı görünürdü.

2012-ci ilin fevral ayında cütlük yenidən bir araya gələrək öz doğum günlərini birgə qeyd etdi. Şakira və Pike eyni gündə fevral ayının 2-də 10 il fərqlə (1977 - Şakira, 1987 - Pike) doğulub. Paparassi tərəfindən lentə alınan sevgililər elə bil aralarında ayrılıq olmamış kimi gülərüz və mehriban poz verdilər.

2013-cü ilin 22 yanvarında cütlüyün Milan adlı oğlu dünyaya gəldi. 2015-ci ilin yanvar ayında doğulan körpəyə isə Saşa adı verildi. Kolumbiya mətbuatı cütlüyün üçüncü uşağı gözləmək ehtimalından yazsa da, tərəflərin hələ evlənmək fikri yoxdur.


Xəbəri paylaş

8288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___