Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qəbələdə at əti satanlar saxlanıldı - FOTO
Tarix: 26-11-2016 | Saat: 18:56
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Qəbələdə at əti satanlar saxlanıldı - FOTO



Qəbələ rayonunda at əti satmağa cəhd edən şəxslər saxlanılıb. Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Nic qəsəbəsində İsmayıllı rayon sakini Süleymanov Vüqar Hafiz oğlunun idarə etdiyi "VAZ 21074" markalı 31-BE-575 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən (KTN) verilən məlumata görə, baxış keçirilən zaman avtomobilin yük yerində və salonunda 3 baş kəsilmiş, 200 kq çəkisində antisanitar vəziyyətdə daşınan at cəmdəkləri aşkar edilib. Araşdırma zamanı məlum olub ki, həmin atları V.Süleymanov və onun qaynı İsmayıllı rayonu Qalıncaq kənd sakini - Hacıyev Sahil Tofiq oğlu Qəbələ rayonunun Aydınqışlaq, Mirzəbəyli və Mıxlıqovaq kəndlərindən alıb kəsərək Bakı şəhərindəki "Heyvanat parkı"na satmaq istəyiblər.
KTN yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Qəbələ Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı at cəmdəklərinin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib. Mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri, orqanoleptik göstəriciləri standarta uyğun olmayan, qida üçün yararlığı şübhə doğuran at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Aparılan müayinələrin nəticəsinə əsasən, at cəmdəklərinin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib. Laboratoriya müayinələrinin nəticələri nəzərə alınaraq at cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib. Qərara uyğun olaraq, noyabrın 26-da at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Qəbələ rayonu ərazisində olan məişət tullantıları poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.


Qəbələdə at əti satanlar saxlanıldı - FOTO


Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___