Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avtobuslar Tarif Şurasının qərarına əməl etmir - 20 qəpiklik məsafəni 30 qəpiyə aparır - VİDEO
Tarix: 25-11-2016 | Saat: 22:49
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV | çapa göndər

Avtobuslar Tarif Şurasının qərarına əməl etmir - 20 qəpiklik məsafəni 30 qəpiyə aparır - VİDEO
''Məsafədən asılı olmayaraq gediş haqqı 30 qəpikdir''. Paytaxtda bu tariflə sərnişin daşıyan avtobuslar var. Qiymətin 30 qəpik olması barədə hətta bütün avtobuslara elan vurularaq sərnişinlərə xəbərdarlıq da edilib

Söhbət ''20 Yanvar'' metrostansiyasının yanından Müşfiqabad qəsəbəsinə 114 saylı xətt üzrə sərnişin daşıyan avtobuslardan gedir. Artıq bir müddətdir bu avtobusdan istifadə edən sərnişinlər getdikləri məsafədən asılı olmayaraq, 30 qəpik ödəyirlər. Halbuki son dəyişikliyədək sərnişinlər qısaməsafəli gedişlər üçün 20 qəpik ödəyirdilər..

Sürücülər isə gedişhaqqının 30 qəpiyə qaldırılması barədə onlara göstəriş verildiyini bildirdilər

Çəkiliş əsnasında həmçinin o da məlum oldu ki, sərnişinlər avtobusun intervalından da narazıdırlar. Onlar həmin istiqamətdə yalnız 114 saylı marşrutun fəaliyyət göstərdiyini və bunun da tələbatı ödəmədiyini deyirlər.

"Xəbəraz.az " xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən "XəzərXəbər"ə bildirildi ki, bu avtobuslarda Tarif Şurasının qərarı pozulub. Çünki tarif şurasının qərarına əsasən, 1-15 kilometr məsafədə avtobuslarda gedişhaqqı 20 qəpik, 15-25 km-də 25 qəpik, 25-30 kilometrlik məsafədə isə 30 qəpikdən artıq olmamalıdır. Faktla bağlı artıq agentlik tərəfindən daşıyıcı şirkətə xəbərdarlıq edilib.


Xəbəri paylaş

7918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___