Qışda saçlar niyə elektriklənir?
Tarix: 25-11-2016 | Saat: 20:16
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Saçların elektriklənməsi ilə bir çox xanımlar üzləşir. Xüsusilə bu soyuq fəsillərdə tez-tez baş verir. Bunun səbəbi istilənmə sistemlərinin təsirindən saçların həddindən artıq quruması, sintetik papaqların taxılmasıdır. Üstəlik, saçlara düzgün olmayan qulluq da elektirklənmə yaradır.
Saçların elektriklənməsi ilə mübarizə aparmaq üçün aşağıda təqdim etdiyi məsləhətlərdən faydalana bilərsiniz:
— Mənzilin isitmə sistemi işləyirsə, otaqların havasını dəyişin. Bu, saçların və dərinin qurumasının qarşısını alacaq.
— Plastik və metal daraqlardan istifadə etməyin, taxta və ya keramik örtüyü olan daraqdan istifadə edin.
— Saçlarınızı yuduqdan sonra mineral su, sirkə (1/2 l suya 2 xörək qaşığı sirkə) və ya limon şirəsi (1/2 l su + 1 limonun şirəsi) əlavə olunmuş su ilə yaxalayın.
— Fendən daha az istifadə edin. Çox isti hava saçları həddindən artıq qurudur ki, nəticədə bu da elektriklənməyə səbəb olur.
— Bir çox müasir fenlərdə ionlaşma funksiyası var. Bu funksiyanın köməyi ilə saçlar itaətli olur, eliktriklənmə xeyli azalır.
— Gün ərzində saçlarınıza mineral su çiləyin. Bunun üçün kiçik pulverizator istifadə edə bilərsiniz.
— Saçınız çox qurudursa, onlara zeytun, gənəgərçək, ayıpəncəsi yağı ilə maskalar edin. Təxminən 3 xörək qaşığı yağ su hamamında qızdırılır və ilıq halda saçlara çəkilir. Saçınızı "plyonka”, sonra isə dəsmalla bürüyün və 30 dəqiqədən sonra yaxşı yuyun.
— Soyuq fəsillərdə insanlar daha az su içir. Bu isə saçların və dərinin vəziyyətinə mənfi təsir edir. Gün ərzində 1,5 litrdən az olmayaraq təmiz su için.
— Təbii parçalardan (yun, pambıq) olan paltarlara (xüsusilə papaqlara) üstünlük verin.
Xəbəri paylaş
6348 dəfə oxunub.
Digər xəbərlər

20-10-2016, 15:16
“Baxmışam, hər şey təmiz, səliqəlidir” - Prezidentin sakinlərlə dialoqu
22-06-2015, 16:45
"Qəbələ" , "Neftçi" və "İnter"in rəqibləri də müəyyənləşdi
4-10-2017, 12:04
Partiyaların prezident seçkilərinə hazırlığı - hansı qurum namizədini müəyyənləşdirib...
29-08-2016, 15:42
Moskvada azərbaycanlıların obyektləri sökülür - FOTOLAR
23-05-2015, 23:34
Bakı-Qazax yolunda ağır qəza: Sürücü ölüb, sərnişin yaralanıb - FOTO
1-07-2016, 16:18
“Atatürk”ü qana boyayan Çatayev kimdir?
12-04-2018, 15:28
Makron: “Suriyaya hərbi müdaxilə etməklə bağlı qərar qəbul edəcəm”
11-03-2019, 16:14
Şəmkirdə 35 yaşlı qadın doğuşdan sonra öldü - TƏFƏRRÜAT
11-08-2022, 12:37
Yoluxma artır: qapanma olacaqmı? - Baş infeksionist DANIŞDI