Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
100 dəfə əməliyyat olunmuş qadın: "Daha da gözəl olacağam" - FOTO
Tarix: 25-11-2016 | Saat: 20:15
Bölmə:Karusel / Maraqlı / Fotogalereya | çapa göndər

100 dəfə əməliyyat olunmuş qadın: "Daha da gözəl olacağam" - FOTO


"Əməliyyatlardan usanan deyiləm. Çünki daha gözəl, imkan olarsa, mükəmməl vücuda malik olmaq istəyirəm. Əməliyyatlar məqsədimə çatmaq üçün aralıq mərhələdir".

ABŞ-ın Şimali Karolina ştatında yaşayan model Piksi Foks indiyədək 100 plastik cərrahiyyə əməliyyatına məruz qalıb.

"Xəbəraz.az " bildirir ki, o, əməliyyatları dayandırmaq niyyətində deyil.

Əslən İsveçdən olan Foksun ailəsi çox narahatdır. İsveçdəki ailə üzvlərinin dediklərinə görə, "ideal vücud" maniyasına tutulmuş Piksini əməliyyatlara tutqunluq öldürə bilər.

İndiyədək 26 yaşlı Piksinin 6 qabırğası çıxarılıb, vücudunun bir çox yerləri "dəyişdirilib", hətta gözlərinin rəngi də dəyişib.

İş o yerə çatıb ki, Piksi doğma bacısına bənzəmir.



"Əməliyyatlar davam edəcək. Gələn il daha 10 kosmetik prosedura məruz qalacağam. Vücudumla bağlı konkret planlarım var və o planlar reallaşmayınca dayanan deyiləm", - söyləyən Piksi Foks ən incə belli qadın təki adının Ginnesin Rekordlar Kitabına düşməsini istəyir.

Piksinin anası, İsveçin Evle bölgəsində yaşayan Anna-Lena isə bu maniakal "gözəllik istəyi"nin çox təhlükəli olduğunu, qızının "plastik cərrahiyyə narkomanı"na çevrildiyini söyləyir.

"O, özünü elə dəyişib ki, bacısı Lovisaya bənzəmir. Lovisa indiyədək bir plastik cərrahiyyə əməliyyatı da keçirməyib", - Anna-Lena deyib.

Piksinin hələlik son əməliyyatı məşhur cərrah Frederik Bernenin Höteborq şəhərindəki "Klinik34" klinikasında gerçəkləşdirilib. milli.az

100 dəfə əməliyyat olunmuş qadın: "Daha da gözəl olacağam" - FOTO
100 dəfə əməliyyat olunmuş qadın: "Daha da gözəl olacağam" - FOTO
100 dəfə əməliyyat olunmuş qadın: "Daha da gözəl olacağam" - FOTO


Xəbəri paylaş

1 1338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___