Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qış süfrələrinin əvəzedilməzi: Ev turşusunun 8 faydası
Tarix: 25-11-2016 | Saat: 20:08
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Qış süfrələrinin əvəzedilməzi: Ev turşusunun 8 faydası

Kələm, xiyar, pomidor, badımcan... Fərqli çeşidlərdə olan turşular özünə xas ləzzəti ilə qış süfrəsinin əvəzedilməzi sayılır.

Qida mütəxəssisləri turşuların evdə şüşə bankada, uyğun şərtlər altında hazırlandığı və miqdarında yeyildiyi təqdirdə faydalı olacağını deyir. Ancaq turşu yüksək miqdarda sodium tərkibli olduğu üçün yüksək təzyiqi, şəkər xəstəliyi, böyrək çatışmazlığı, mədə xəstəlikləri olanların yeməməsi məsləhət görülür.
Xüsusilə hazır alınan turşuların sodium tərkibi daha yüksək olduğundan təhlükə riski də artır. Turşu yeyilən gün yarana biləcək həzm problemlərinin qarşısını almaq üçün çoxlu su içilməlidir."Xəbəraz.az " sadəcə sirkə və duzla hazırlanan ev turşusunun 8 faydasını təqdim edir

Soyuqdəyməyə qarşı qoruyur

Turşunun hazırlandığı meyvə və tərəvəzlər immunitet sistemini qüvvətləndirən bir neçə vitamin, mineral və antioksidant tərkiblidir. Tək bir tərəvəzdən hazırlanmış turşudansa, fərqli tərəvəzlərdən hazırlanmış turşunu yemək antioksidatn çeşidliyini artırır. Pəncər turşusundan polifenollar və betalain, kələm turşusundan qlükosinolat əldə edib yüksək antioksidant ilə qış günlərində soyuqdəyməyə qarşı qoruna bilərsiniz.

İmmuniteti gücləndirir

Turşu bütünlüklə immuniteti qoruyub gücləndirir. Bu qoruyucu təsiri həm tərkibindəki probiotik bakteriyalar həm də turşunun tərkibində olan meyvə-tərəvəzlərlə əlaqəlidir. Bu bakteriyalar bağırsaq florasının zənginləşməsini təmin edir ki, güclü bir bağırsaq florası da güclü immunitet sistemi deməkdir. Turşu ilə bədənə daxil olan bakteriyalar həm də bağırsaqlarda K vitamininin bərpasına yardımçı olur. K vitamini isə yaralanmalar zamanı qanın laxtalanmasını təmin edir. Həm də tiamin, riboflavin kimi B qrup vitaminlərlə də zəngindir.
Tiamin sinir sisteminin qorunmasına, yaddaşın güclənməsinə yardımçı olur, depressiyaya qarşı qoruyur.

Qan şəkərini tənzimləyir

Turşu yüksək miqdarda lif tərkibli olduğundan, xüsusilə yeməklə birgə yeyildiyində qidanın mədəni tərketmə müddəti yavaşlayır, insulin ifrazı nizamlanır və daha yaxşı tənzimlənmiş qan şəkəri əldə edilir.
Şəkər xəstəliyiniz varsa, təzyiq də sizin üçün risk faktoru olacağı üçün turşu yemək təzyiqinizin yüksəlməsinə səbəb ola bilər. Bu da böyrəklər üçün risk sayılır.

İdmançılarda krampları azaldır

İdman zamanı tərlə birlikdə çox miqdarda su itkisi yaşandığından bu hal su çatışmazlığına səbəb olur. Həm turşu, həm də turşu suyu itirilən maye və mineralları yerinə qoymağın sürətli bir yoludur. Buna görə idmançılara idmandan sonra turşu suyu məsləhət görülür.

Xərçəngə qarşı qoruyur

Turşu hazırlanmasında istifadə edilən fərqli tərəvəzlərin hər biri ayrı bir antioksidant qaynağı olduğu üçün sərbəst radikallara qarşı mübarizə aparır. Xüsusilə kələm və sarımsaq turşusunda olan flavonoidlərin antioksidan həcmi daha yüksəkdir.

Maddələr mübadiləsini sürətləndirir, arıqladır

Turşunun tərkibində olan sirkə qaynaqlı asetik turşunun bədəndə yağ toplanmasının qarşısını aldığı təsdiqlənib. Turşunun həm maddələr mübadiləsinə, qəbizliyə təsirli olması, həm də az kalorili olması arıqlamaq istəyənləri arıqladır. Lifli bir qida olması toxluq müddətini uzadır.

Qəbizliyə qarşı təsirlidir

Çox lifli olması həm də ki tərkibindəki fermentlə bağırsaq sağlamlığını qoruyur.

Ürək-damar xəstəliklərinə qarşı qoruyur

Sağlam insanlarda turşu yemək ürək-damar xəstəliklərinə qarşı qoruyur. Turşu bir çox faydalı bakteriya tərkiblidir. Bu bakteriyalar bağırsaq florasını düzənləyir. Bağırsaq florasındakı probiotik bakteriyaların sayının çox olması ürək-damar xəstəliklərinə qarşı da qoruyur.
Yüksək antioksidant və vitamin baxımından damar sağlamlığına faydalıdır. Həftədə 2-3 gün az miqdarda yemək olar.lent.az


Xəbəri paylaş

8848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___