İLGİNC OLAY: Zəlzələ okean dibini qurutdu - VİDEO
Tarix: 25-11-2016 | Saat: 19:59
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər
Yeni Zelandiyada noyabrın 13-ü güclü yeraltı təkanlar 24 saatdan artıq müddətdə davam edib.
"Xəbəraz.az " azvision.az-a istinadən xəbər verir ki, zəlzələnin episentri Kraystçerç şəhərinin şimal-şərqində olub.
Rixter cədvəli üzrə 7,8 bal gücündə olan ən güclü zəlzələ isə Kaikour şəhərində noyabrın 14-ü 180 kilometr dərinlikdə baş verib.
Yeraltı təkanların nəticələrindən biri Kaikour yaxınlığında tektonik plitələrin ciddi yerdəyişməsi olub: Yerdəyişmə zamanı okean dibinin bir hissəsi dəniz səviyyəsindən yuxarıda qalıb və Papatea körfəzinin bir hissəsini okeandan ayırıb.
Ümumilikdə sahil xətti orta hesabla iki metr, bəzi yerlərdə isə beş metrə qədər hündürlüyə qalxıb. Buna səbəb isə tektonik piltələrin horizantal deyil, bucaq altında qalxması olub. Qəfildən quruya çevrilən okean dibində yosun, ölmüş balıqlar və xərçənglər qalıb.
Qeyd edək ki, daha əvvəl Kraystçerçdə Yeni Zelandiyada tarixində ən güclü zəlzələlərdən biri baş verib. Həmin vaxt 185 nəfər təbii fəlakətin qurbanı olmuşdu. Bu dəfə yeraltı təkanların gücü daha güclü olub, lakin episentrin insanların az məskunlaşdığı yerdə olması insan tələfatının daha az olması ilə nəticələnib. Bu dəfəki zəlzələ nəticəsində iki nəfər ölüb, onlarla insana xəsarət dəyib.
Xəbəri paylaş
9738 dəfə oxunub.
Digər xəbərlər

14-12-2016, 20:08
76 yaşlı kişi balıq tutarkən kanalda boğuldu - Şirvanda
10-12-2016, 12:05
Terakta hazırlaşan 19 PKK-çı öldürüldü
18-08-2016, 17:27
Ölkəyə gələn ərəblərin sayı 100 dəfə artdı
13-10-2016, 13:50
DİQQƏT! ANS-dən sonra bu telekanal da bağlandı
11-05-2016, 14:03
21 yaşlı gənci qıza görə bıçaqladılar
19-03-2016, 17:37
"Ömürlük həbs istəyirəm" - Şəhid anasının qatili - VİDEO - FOTO
19-07-2017, 22:39
Natavan gəlin köçür - Foto+Video
26-10-2016, 16:52
Serenay Bakıda belə əyləndi - VİDEO
11-12-2015, 16:19
Ulu öndər yad olundu