Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Zayka”nın dəstəsi “Lotu Quli”nin adamlarını soyurmuş – ŞOK TƏFƏRRÜAT - YENİLƏNİB
Tarix: 25-11-2016 | Saat: 12:36
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Zayka”nın dəstəsi “Lotu Quli”nin adamlarını soyurmuş – ŞOK TƏFƏRRÜAT - YENİLƏNİB
Məhkəmədə sübuta yetirilib ki, 2013-cü ildə Zaur Əliyev Yusubov qardaşları, habelə Qənbərov və Nəsirovdan ibarət dəstə yaradaraq onları silahlandırıb. Dəstənin ixtiyarında 5 pistolet və bir “Kalaşnikov” avtomatı olub.

Onlar qısa müddət ərzində Moskvada və ətraf regionlarda yaşayan imkanlı azərbaycanlılara hədə-qorxu gələrək onlardan pul tələb ediblər. Azərbaycanlı sahibkarların əksəriyyəti özlərini qorumaq üçün onlara pul verməyə məcbur olub. İki azərbaycanlı sahibkar isə pul vermədiklərinə görə, vəhşicəsinə döyülüb.

29 yanvar 2015-ci ildə dəstə üzvləri hədə-qorxu yoluyla azərbaycanlı sahibkarlardan birinin “Mersedes” markalı avtomobilini onun əlindən alıblar. Həmin avtomobil dəstə üzvü Qənbərovun yaxınlarından birinin adına keçirilib.
Bundan sonra onlar daha iki azərbaycanlı sahibkarı qaçırıblar. Sahibkarlar Yeni Moskva massivinə gətirilib. Onlara işgəncə verilib. Hər bir sahibkardan 9 milyon rubla yaxın (o vaxtkı kursla təxminən 300 min dollar) pul alındıqdan sonra onları buraxıblar.
Polis onların izinə ötən ilin noyabrında düşüb və dəstə üzvlərini zərərsizləşdirə bilib.

Əldə etdiyimiz məlumata görə, “Zayka” ləqəbli Zaur Əliyev mərhum Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilib. Zaurun Moskvada incitdiyi iş adamların əksəriyyəti isə “Lotu Quli”yə yaxın şəxslər olub. Onlardan biri “Quli”nin adını çəkərək Zauru hədələyib də. Amma “Zayka” “Quli”ni ağır sözlərlə təhqir də edibmiş. Zaur “Matrosskaya tişina” həbsxanasına atılandan sonra isə “Quli”nin tərəfdarları elə oradaca Zaura işgəncə verərək qanuni oğrudan üzr istəməyə nail olmuşdular.

***
Moskva Şəhər Məhkəməsi Azərbaycan Respublikası vətəndaşları, Zaur Əliyev, Namiq Qənbərov, Anar Ysubov, Elnur Yusubov və Anar Nəsirova hökm oxuyub.

Lent.az-ın Rusiya Baş Prokurorluğuna istinadən məlumatına görə, onlar, adam oğurluğu, qarət, quldurluq, hədə-qorxu ilə pul tələb etmək və digər cinayətlərdə ittiham olunur.
Məhkəmənin hökmüylə Azərbaycan vətəndaşları üst-üstə 61 il həbs cəzası verilib.
Təfərrüatı bir azdan Lent.az-da…
“Zayka”nın dəstəsi “Lotu Quli”nin adamlarını soyurmuş – ŞOK TƏFƏRRÜAT - YENİLƏNİB


Xəbəri paylaş

8158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___