İpoteka ilə bağlı şad xəbər - Məbləğ artırıldı
Tarix: 24-11-2016 | Saat: 18:14
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Xəbər verdiyimiz kimi, bu gündən etibarən ipoteka kreditləri üzrə vətəndaşların müraciətlərinin qəbuluna başlanılıb.
"Xəbəraz.az "xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov təsdiq edilən yeni qaydalar üzrə diqqət çəkən məqamları sosial şəbəkədə açıqlayıb. O bildirib ki, bunlar həm sosial, həm də adi ipoteka kreditləri üçün maksimum məbləğin 50 min manatdan 100 min manatadək artırılması, dövlət büdcəsindən ayrılacaq 50 milyon manat ilə yanaşı, istiqrazlar hesabına əlavə 50 milyon manatın, bütövlükdə 100 milyon manatın gələn il ipoteka kreditləşməsinə yönəldilməsi və elektron ipoteka sisteminin tətbiqidir:
“Elektron müraciətin tətbiqi çox vacib idi. Çünki bir sıra banklarda ipoteka almaqda süründürməçilik və hətta əlavə ödənişin istənilməsi halları var idi ki, bu da kreditə əlçatanlığı xeyli dərəcədə məhdudlaşdırırdı. Elektron müraciət bu neqativ halları aradan qaldıra bilər. Bunun üçün elektron müraciətlərin şəffaf və hesabatlı şəkildə öyrənilməsi və cavablandırılmasına nəzarətin gücləndirilməsi vacibdir. Eyni zamanda, mənzil bazarında qiymətlər yüksək olduğu üçün 50 min manatlıq maksimum hədd də kifayət etmirdi və bu baxımdan rəqəmin 2 dəfə artırılmasına ehtiyac var idi”.
Xəbəri paylaş
6498 dəfə oxunub.
Digər xəbərlər

7-02-2019, 11:11
Təkcə “Lady Sharm”? - Bütün brend mağazaları “Sədərək” bazarı ilə eyni malları satır
24-07-2015, 13:40
Bu da yeni “Zapı” - FOTOLAR
31-10-2022, 10:55
Bakıda 2 nəfərin öldüyü qəzada polkovnikin adı hallandı
26-01-2023, 13:02
Sabah hava necə olacaq?
17-04-2016, 17:31
Əri hebs olunub, o ise konsert verir
6-06-2018, 09:40
Ürək yarasına DƏRMAN TAPILDI - Sevgi asılılığından qurtulmaq üçün...
20-09-2016, 23:26
24 yaşlı qızın boğazını kəsərək öldürən əri imiş - 2 övladı var idi...
25-03-2021, 13:06
Sumqayıtda “Milli ön”dən pul oğurlamaq istəyən şəxslər saxlanıldı