Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Meral Konratdan illər sonra ETİRAF: “Fəxrəddini sevirəm, amma...” - FOTOLAR
Tarix: 23-11-2016 | Saat: 16:19
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

Meral Konratdan illər sonra ETİRAF: “Fəxrəddini sevirəm, amma...” - FOTOLAR


Meral Konrat Türk Film Festivalının Nizami Kino Mərkəzində keçirilən təntənəli açılışında iştirak edib.
"Xəbəraz.az " xəbər verir ki, türkiyəli aktrisa gecədə jurnalistlərin suallarını cavablandırıb. Bakı üçün darıxdığını bildirən Meral Konrat F.Manafovun onu aldatmasını da münasibət bildirib: “Sözsüz ki, sizin Təhminəniz olmaqdan çox-çox məmnunam. “Təhminə və Zaur” filminin 2-ci verisyası çəkilə bilər. Sürpriz layihələrimiz var. Ancaq təəssüf ki, Zülfiyyə Xanbabayevanın kpilində anlaşılmazlıq yarandı. Çünki mənə onda “Təhminə 2" filmi çəkiləcəyini demişdilər. Zülfiyyə Xanbabayevanın isə filmin musiqisini ifa edəcəyini bildirdilər. Mən də inandım. Əgər bunu Fəxrəddin bilmirdisə, mənə deməli deyildi. Mənə klip üçün dəvət edildiyimi bildirməli idilər. Sanki uşaq kimi məni aldatdılar. Bu işdən pul almadım. Buraya Fəxrəddinin sözlərinə güvənərək gəldim. Fəxrəddin dedi ki, gəl "Təhminə 2" tanıtım çarxını çəkək, ssenarini göndərəcəyik, müqavilə üçün yenidən dəvət edəcəyik. Sözsüz ki, Aldadıldığıma görə Fəxrəddindən küsmüşəm. Pul önəmli deyil. İnsan zəng edər ki, Meral xanım tanıtım filmi üçün çəkdik, amma film alınmadı. Amma klip çəkilirmiş. Ondan sonra Fəxrəddin bəyə dəfələrlə zəng etdim. Filmin ssenarisini soruşacaqdım, lakin zənglərimə cavab vermədi. Bir müddət sonra "Nərgiz" jurnalı üçün Bakıya gəldim. Fəxrəddinlə birlikdə fotolar çəkdirdik. O mövzunun açılmasını istədim, amma onda da heç nə soruşa bilmədim. Belə hallar olanda insan qardaşına da əsəbiləşir. Fəxrəddinlə qardaş kimi olmuşuq. Fəxrəddin ən azından ona görə məndən üzr istəməli idi, onu da etmədi. Mən məhkəməyə verib təzminat davası açdıra, çoxlu pul da qazana bilərdim. Amma etmədim, çünki Fəxrəddini sevirəm. Zülfiyyə xanıma da çox hirsliyəm. Zülfiyyə xanımla burada tanış oldum. O, tanınmış sənətçi ola bilər, amma sənətçi olaraq bu alətə ortaq olmaq heç xoş deyil. Fəxrəddin Manafov və Zülfiyyə Xanbabayeva məndən üzr istəməlidir. Bu gün Fəxrəddin Manafovun gələcəyini bilmirəm. Amma dəvət edilib".
Qeyd edək ki, Fəxrəddin Manafov Türk Filmlər Həftəsinə dəvət edilsə də, iştirak etməyib.


Meral Konratdan illər sonra ETİRAF: “Fəxrəddini sevirəm, amma...” - FOTOLAR
Meral Konratdan illər sonra ETİRAF: “Fəxrəddini sevirəm, amma...” - FOTOLAR
Meral Konratdan illər sonra ETİRAF: “Fəxrəddini sevirəm, amma...” - FOTOLAR
Meral Konratdan illər sonra ETİRAF: “Fəxrəddini sevirəm, amma...” - FOTOLAR


Xəbəri paylaş

9038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___