Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda yeni Fəvvarələr Meydanı belə olacaq -FOTOLAR
Tarix: 22-11-2016 | Saat: 18:25
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Bakıda yeni Fəvvarələr Meydanı belə olacaq -FOTOLAR


22-24 noyabr 2016-cı il tarixində Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi, "ElanExpo” və "Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçirilir.

Burada Azərbaycan, Türkiyə, BƏƏ, Ukrayna, İspaniya, Portuqaliya, Macarıstan, Lüksemburq və Şimali Kipr Türk Respublikası kimi 9 müxtəlif ölkədən onlarla əmlak, tikinti və investisiya şirkəti iştirak edir. Bu mühüm tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak və şəhərsalma layihələrini, əmlak sektoru üzrə investorları Azərbaycanda bir məkanda toplayıb. Ölkəmizin daşınmaz əmlak sektorunun ən önəmli layihələrindən olan Bakı Ağ Şəhər, Xəyal Adası, AAF Park, AF Holding, Şərur İnşaat, Kristal Abşeron, Azinko və Yeni Həyat sərginin önəmli iştirakçılarındandır.

Bu Bakı Ağ Şəhər layihəsinin 2011-ci ildə "Oil and Gas” sərgisindən sonra Azərbaycanda iştirak etdiyi ikinci sərgidir. Həmin vaxtdan irimiqyaslı dəyişikliklərə uğramış Ağ Şəhər-in 10 rayondan 8-i tamamilə təmizlənərək, şəhər təsərrüfatında istifadə üçün yararlı vəziyyətə gətirilmişdir. "Fransız məhəlləsi” adı ilə tanınmış Yaşıl Ada rayonu ilk sakinlərini qəbul etməyə hazırlaşır. Yaşıl Ada-da layihələndirilmiş Paris evlərinin tikintisi, habelə yol və kommunikasiya infrastrukturlarının inşası başa çatmaq üzrədir. Burada sakinlərin komfortu və istirahəti üçün avtonəqliyyət vasitələrindən azad ərazidə skver salınır.

Ağ Şəhər-in mərkəzində salınan yeni Fəvvarələr Meydanı 7-mərtəbəli müasir üslublu yaşayış binaları, park, ictimai obyektlər və avtodayanacaqdan ibarət olacaq. Nobel prospekti boyunca Fəvvarələr Meydanın landmarkı sayılan Şərq-Qərb ofis binaları yerləşəcək. Bu ofis binalarının mərkəzində yeni meydan layihələndir.

Nizami parkı ilə qonşuluqda yerləşən Park rayonunda 20-mərtəbəli hündür yaşayış binalarının tikintisi. Sahənin relyefinə uyğun olaraq amfiteatr üslubunda olan Park rayonundan Dənizkənarı bulvara və Bayraq Meydanına gözəl mənzərə açılır. Rayonun eksklüziv yaşayış kompleksi sayılan Knightsbridge Residence-in tikintisinə də start verilib. 5 yaşayış binası, biznes mərkəzi və məktəbdən ibarət kompleksdə yaşıl zonalar da nəzərdə tutulub.

Ağ Şəhər layihəsində daşınmaz əmlak və investisiya fürsətlərindən yararlanmaq və layihə ilə yaxından tanış olmaq üçün 22-24 Noyabr tarixlərində, 3 gün ərzində Bakı EXPO Mərkəzində RecExpo II – Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinə Bakı Ağ Şəhər pavilyonunu ziyarət edə bilərsiniz. Sərgini ziyarət etmək istəyən şəxslər 22 noyabr tarixindən etibarən saat 10-18.00 arası N. Nərimanov metro stansiyasindan Bakı Ekspo Mərkəzində bir saatdan bir ödənişsiz xidmət göstərən avtobuslardan istifadə edə bilərlər.

Bakıda yeni Fəvvarələr Meydanı belə olacaq -FOTOLAR
Bakıda yeni Fəvvarələr Meydanı belə olacaq -FOTOLAR
Bakıda yeni Fəvvarələr Meydanı belə olacaq -FOTOLAR
Bakıda yeni Fəvvarələr Meydanı belə olacaq -FOTOLAR


Xəbəri paylaş

1 0148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___