İran prezidentinin Ermənistan səfəri: Ruhani İrəvanda Azərbaycanı dəstəkləyəcək?
Tarix: 22-11-2016 | Saat: 14:01
Bölmə:Karusel / Siyasət / Gündəm / Dünya | çapa göndər
Bu həftə İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri planlaşdırılır. Ermənistan saytlarını izlədikdə bu nəticəyə gəlirəm ki, İrəvan əlindən gələn hər şeyi edəcək ki, səfər uğurlu keçsin, müxtəlif sazişlər imzalansın.
"Xəbəraz.az " xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, İran prezidenti iki dəfə Azərbaycana rəsmi səfər edib, amma Ermənistanda hələ bir dəfə də olmayıb.
Politoloqun fikrincə, Tehranda anlayırlar ki, Həsən Ruhaninin Ermənistana səfəri Azərbaycanda haqlı narazılıq doğuracaq: "Dəfələrlə iranlı diplomatlara demişəm ki, Tehran Azərbaycanla səmimi münasibətlər qurmaq istəyirsə, Ermənistan siyasətinə göz gəzdirməlidir. Onların ənənəvi cavabı var: "Siz də İsraillə sıx əməkdaşlıq edirsiniz". Bu fikri ortaya qoyduğum arqumentlərlə heç zaman qəbul etmədim. "Yaxşı, Azərbaycan İsraillə əməkdaşlıqdan imtina etsə, İran da Ermənistanla əməkdaşlıqdan imtina edəcəkmi?" sualına isə konkret cavab vermirlər. Deyirlər ki, İran bütün qonşularla, o cümlədən, Ermənistanla normal münasibətlərə malik olmaq istəyir. Deməli, İsrail bəhanədir".
Ancaq E.Şahinoğlu əlavə edib ki, iranlı diplomatlar hər dəfə deyirlər ki, Azərbaycanın yeri onlar üçün başqadır, Terhan Ermənistanla müqayisədə Azərbaycana üstünlük verir: "Bunun belə olub-olmadığına inanmamız üçün İran prezidentinin Azərbaycanın ərazi bütövlüyü haqqında Bakıda dediyi fikirləri İrəvanda da təkrarlaması lazımdır".milli.az
Xəbəri paylaş
8278 dəfə oxunub.
Digər xəbərlər

30-08-2016, 12:15
Prezidentin ölüm müəmması: Özbəkistan bayram edir
25-03-2022, 05:13
Bakı-Astara yolundakı restoran yerlərini kim satıb? - Milyonluq QALMAQAL
4-04-2016, 15:46
Peskov: Putin nə Əliyevə, nə də Sarkisyana zəng etməyib
31-10-2015, 20:23
Əməkdar artistin vəziyyəti pisləşdi: əməliyyat olunacaq
28-02-2023, 12:30
“Zəlzələ kahini”ndən XƏBƏRDARLIQ: İki gün sonra...
2-03-2022, 23:11
? Putinin başına $1 milyon pul qoyuldu
14-11-2019, 19:09
Qonşularının evini soyan şəxs saxlanıldı - FOTO
16-02-2023, 10:33
Mübariz Mənsimov ortaq yayımda 2 milyon bağışladı
17-02-2016, 16:34
İlham Əliyevdən yeni təyinat – FOTO