“Günəşli” yatağında bədbəxt hadisə - Ölən var
Tarix: 21-11-2016 | Saat: 15:17
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
SOCAR “Günəşli” yatağındakı 7 saylı özüldə baş vermiş hadisə ilə əlaqədar ilkin məlumat yayıb.
"Xəbəraz.az " xəbər verir ki, ötən gün saat 22.30 radələrində “Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülündə “SOCAR AQŞ” MMC tərəfindən istismar edilən HİDROAKTİF HİDROLİK VİNÇ İŞ MAKİNALARI İMALAT İHRACAT İTHALAT SAN.TİC.LTD. şirkətinin istehsalı olan, 2015-ci ildə quraşdırılmış 28 tonluq HAK-300 tipli kran “Neftqaz-63” gəmisindən boruları qəbul edən zaman kranın barbeti yuxarı flans-qaynaq (zavod istehsalı) hissəsindən qırılaraq gəmi yanalma meydançasına, daha sonra gəminin üzərinə aşıb. Beləliklə, kranın qırılan hissəsi dənizə düşüb. Hadisə nəticəsində “Abşeron” Qazma Şirkətinin (AQŞ) krançısı 1991-ci il təvəllüdlü Məmmədov Elşən Səxavət oğlu baş nahiyəsindən xəsarət alaraq dünyasını dəyişib.
Dərhal müvafiq dövlət orqanlarına məlumat verilib, kran istehsalçısının nümayəndəsi dəvət olunub və birgə xüsusi komissiya yaradılıb. Komissiya tərəfindən özüldə hadisənin təfərrüatları araşdırılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
Xəbəri paylaş
7468 dəfə oxunub.
Digər xəbərlər

7-01-2017, 21:18
5 min manat təklif edilir, amma sahibi satmır - 134 yaşlı samovar
21-12-2016, 01:30
Belarus üçün ən uyğunu Azərbaycandır - Kobyakov
5-03-2017, 13:49
Mehriban Əliyeva bu cütlüyə toy edərək maşın hədiyyə etdi - Fotolar
21-08-2017, 15:58
Azərbaycanlı sürücü “05” ilə Amerikada - FOTO
24-09-2019, 08:46
"Toyumda üstümə 5 milyonluq qızıl taxdılar" - Aylin
16-06-2020, 23:15
Yas mərasimləri bu qaydalarla keçirilməlidir
2-05-2017, 10:34
Bakıda tələbə qızlar arasında dava: 1 yaralı
13-09-2022, 11:51
Qarabağ qazisini qəbul etməyən və yad qadına milyonluq villa bağışlayan Siraqəddin Cabbarov... - Sıraqəddin Cabbarov problemlərini kimlər ört-basdır edir?...
28-09-2015, 15:30
“Xəzər Dəniz Gəmiçiliyində” yoxlama aparılacaq