Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Günün qoroskopu: tənbəl və ətalətli olmayın
Tarix: 19-11-2016 | Saat: 14:29
Bölmə:Karusel / Gündəm / Qoroskop | çapa göndər

Günün qoroskopu: tənbəl və ətalətli olmayın

"Xəbəraz.az " dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - evdən uzaqda əlverişli alış-veriş edə bilərsiniz. Qohumlarınız arasında bir şəxsin təcili yardıma ehtiyacı var. Köməyinizi əsirgəməyin. Məsləhətlərin sayını artırmayın. Əks təqdirdə ətrafınızdakı şəxslərdə qıcıq yarada bilərsiniz.

Buğa - tənbəl və ətalətli olmayın. Başladığınız işi tamamlayın. Təxirəsalma istəyi nə qədər güclü olsa da, emosiyalara uymayın. Zəifliklərinizin əsiri olmayın, məntiq və "hədd hissi"ni unutmayın.

Əkizlər - izafi işlərə başlayaraq özünüzü yormayın. Günün ikinci yarısında planlaşdırılmış şəkildə hərəkət edin. Axşam saatlarında istirahət edin.

Xərçəng - yaxınlarınıza yardım edin. Həssas olun. Hətta kimsənin dil tapmadığı insanlarla belə, ortaq məxrəcə gələ bilərsiniz. Asanlıqla güzəştə getməyin. Çünki çox yumşaq olsanız, sonradan yerinə yetirilməsi çətin öhdəliklər məngənəsində qala bilərsiniz.

Şir - bir neçə gün əvvəl əvvəl başladığınız işi başa vurun. Təxribatlara uymayın. Yeni işlərə başlamayın. İndiyədək qüvvənizi sınamadığınız sahələrdə yeniliklər etməyə cəhd göstərməyin.

Qız - başqalarının səhvlərindən nəticə çıxarın. Yanlışlıqlığa yol versəniz, səhvlərinizi nəzərdən keçirin. Dost ünsiyyəti və təmaslar üçün əlverişli gündür. Səfərlər planlaşdıra bilərsiniz. Səyahət və yol macərası uğurlu ola bilər.

Tərəzi - təmirə başlamaq, daşınmaz əmlak almaq üçün əlverişli gün deyil. Yaşam potensialı yüksəkdür. Axşam saatlarında istirahət edir.

Əqrəb - uğurlu, düşərli, məhsuldar gündür. Bir sıra işlərlə yaxşı nəticələrə nail olmaq mümkündür. Az sonra tətbiq edə biləcəyiniz önəmli məlumat alacaqsınız. İşdə həmkarlarınızla münasibətlərinizdə intensivləşmə olacaq. Peşəkar nüfuzunuz güclənəcək.

Oxatan - informasiya, məlumat və xəbərlər almaq üçün yaxşı gündür. Maliyyə vəsaiti əldə edəcəksiniz. O pullara ehtiyacınız var.

Oğlaq - alış-veriş üçün sərfəli vaxtdır. Yaxınlarınızla münasibətlərdə sərinləşməyə yol verməmək üçün ünsiyyəti harmonik edin. Yaşam potensialı səviyyəsi yüksəkdir. Ağrı və ya xəstəlik riski yoxdur.

Dolça - sakit, məhsuldar zamandır. Peşəkar fəaliyyət müstəvisində tapşırıq və sifarişlərin öhdəsindən uğurla gələcəksiniz. Təcrübə və biliyiniz gördüyünüz işə təkan verəcək.

Balıqlar - yetərincə perspektiv layihə ilə bağlı birgə işlə nəticələnəcək danışıqların başlanması mümkündür. Uğurlarınızla fəxr edə bilərsiniz.


Xəbəri paylaş

7098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___