Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyədə azyaşlıların cinsi istismarı ilə bağlı ŞOK QƏRAR
Tarix: 18-11-2016 | Saat: 20:55
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

Türkiyədə azyaşlıların cinsi istismarı ilə bağlı ŞOK QƏRAR


Hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə uşaqlara cinsi istismar edənlərin zərər çəkənlə evləndirilməsinə dair təklif irəli sürüb.
Təklifdə qeyd olunur ki, təcavüz edənlə zərərçəkən evlənərsə, cinayətkarın cəzası təxirə düşə bilər.
Təklif olunan qanun dəyişikliyinə MHP və CHP sərt etirazlarını bildirib.
Parlamentdə və sosial şəbəkələrdə böyük etirazla qarşılanan təklifə münasibət bildirən Türkiyənin Ədalət naziri Bekir Bozdağ isə qanun dəyişikliyini dəstəklədiyini açıqlayıb:
“Hazırda 3-4 min belə insan həbsxanalardadır. Bu hadisədə ən çox zərərçəkən qadındır. Buna görə bu problemi uyğun şəkildə həll etməyə çalışırıq”.
Müzakirələrə və etirazlara baxmayaraq, qanun dəyişikliyi ilk səsvermədə qəbul edilib.
MHP və CHP millət vəkillərinin yenidən açıq səsvermə tələbindən sonra təklif səs çoxluğu ala bilməyib. Buna görə sözügedən qanun dəyişikliyinə növbəti həftə yenidən baxılacaq.
Qanuna görə, yetkinlik yaşına çatmayan şəxslə münasibətə girirsə, o cinayət məsuliyyətinə cəlb olunmalıdı, amma əgər qız həmin şəxslə evlənəcəyini bildirirsə, o zaman şəxs məsuliyyətdən azad olunur. (lent.az)


Xəbəri paylaş

7668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___