Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bunu ancaq filmlərdə görmək olardı - Azərbaycanda da oldu - VİDEO
Tarix: 14-11-2016 | Saat: 11:33
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Bunu ancaq filmlərdə görmək olardı - Azərbaycanda da oldu - VİDEO


Təsəvvür edin bir traktor qoşqusunda ot aparır. Ot bağlamalarına hansısa səbəbdən od düşür və yanan bağlamalar ətrafa səpələnir. Dəhşətli olan isə budur ki, traktor yanğına rəğmən yoluna davam edir və yarım kilometrə qədər məsafədə yer yanan ot bağlamaları ilə dolur.

"Xəbəraz.az "xəzərxəbər-ə istinadən Yevlax-Bərdə yolunda bir neçə gün əvvəl çəkilmiş həmin görüntüləri təqdim edir:

Belə görüntüləri ancaq filmlərdə görmək mümkündür deməyin. Bura Yevlax-Bərdə yoludur. Qoşqusundakı ot bağlamaları yanan traktor yoluna davam edir. Təxminən yarım kilometrə qədər məsafədə yolun bir hissəsi sanki od tutub yanır. Təbii ki, bu yolla heç bir avtomobil hərəkət edə bilməz. Bu səbəbdən qarşı yola çıxmaq məcburiyyətində qalan sürücülər qəza təhlükəsi ilə üz-üzə qalırlar. Yola tökülən ot bağlamaları yanar vəziyyətdə olduğundan ətrafdakı ağaclar üçün də təhlükədir. Alov hər tərəfə yayıla bilər.

Bu görüntüləri həyəcansız izləmək mümkün deyil. Maraqlıdır ki, traktorun sürücüsü belə vəziyyətdə hərəkətə niyə davam edir? Bu məsuliyyətsizliyin hüquqi qiyməti nədir? Videoda hüquqşünas rəyi də var.



Xəbəri paylaş

6798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___