Bir çürük diş görün sağlamlığımıza necə ziyan vurur!
Tarix: 12-11-2016 | Saat: 17:22
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Ağızda çürük dişlərin olması tək kosmetik defekt deyil.
Çürük dişlərdə patoloji mikroblar (stafilokokklar, streptokokklar) sürətlə çoxalır və sonra qan axını ilə bütün orqanizm boyu yayılır ki, bunun nəticəsində insanda çox ciddi pozulmalar inkişaf edə bilər.
Araşdırmalar göstərir ki, çürük dişlər mədə-bağırsaq sistemində ciddi xəstəliklərin inkişafına səbəb ola bilər.
Çürük dişlər limfa düyünlərinin iltihabına (limfadenit) gətirib çıxarda bilər.
Çürük diş xroniki iltihab ocağıdır. Belə xroniki iltihab ocaqları immun sistemini zəiflədir.
Çürük dişlərdə olan mikroblar yaxında yerləşən badamcıqlara düşə bilər ki, bunun nəticəsində insanda tonzillit (angina) inkişaf edir. Bu səbəbdən xroniki tonzillitdən əziyyət çəkənlər dişlərin sağlamlığına ciddi fikir verməlidir.
Çürük dişlərdən mikroblar müxtəlif orqanlara, o cümlədən ürəyə düşə bilər. Bu isə endokarditin (ürəyin daxili qişasının iltihabı) inkişafına səbəb ola bilər. Bu çox təhlükəli xəstəlikdir. Endokardit xəstənin həlak olmasına səbəb ola bilər.
Yeni araşdırmalar göstərib ki, çürük dişlər baş və boyun şişlərinin riskini artırır.
Alimlərin fikirinə görə, çürük dişlər sümük və oynaqların sağlamlığına ciddi ziyan vurur, oynaqlarda iltihabların inkişafına gətirib çıxardır.
Yaxınlarda Amerika alimləri çox maraqlı araşdırma aparıblar. Onlar ağızda çürük dişlərin olması ilə saçların tökülməsininin əlaqəsini araşdırıblar. Məlum olub ki, ağızda çürük dişlərin olması saç tökülməsinə səbəb ola bilər.
Saglamolun.Az
Xəbəri paylaş
8008 dəfə oxunub.
Digər xəbərlər

11-07-2015, 03:55
Nazir "Bakı 2015" qaliblərini mükafatlandırdı
9-09-2016, 22:47
Azərbaycanlı müğənninin keçmiş arvadı intihara cəhd etdi - FOTO
5-06-2017, 14:36
Prezident general Elçin Quliyevlə bağlı sərəncam verdi
6-01-2023, 15:02
Dırnaq yemək bu xəstəlikləri yaradır - Onixofagiyanın səbəbləri
23-04-2015, 20:19
Ulu nənəmiz necə olub?
6-07-2021, 01:58
“Lotu Quli”nin qətlində Lənkəranskinin qardaşı şübhəli bilinir - Namiq Canıyev həbs olunur
8-12-2016, 16:21
Niyə üşüyürük? - Bunlara diqqət!
29-08-2016, 15:45
Əhaliyə şad xəbər: Səhhətinizlə bağlı durum SMS şəklində telefonunuza göndəriləcək