Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı vağzalından hava limanına dəmir yolu çəkiləcək
Tarix: 10-11-2016 | Saat: 17:06
Bölmə:Karusel / İqtisadiyyat / Bizim seçim | çapa göndər

Bakı vağzalından hava limanına dəmir yolu çəkiləcək


Bakının mərkəzindən Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu xətti çəkiləcək.
"Xəbəraz.az " bildirir ki, bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, Bakı Dəmir yolu vağzalından hava limanına çəkiləcək dəmir yolunun uzunluğu 25 kilometr olacaq. Dəmir yolu aeroport istiqamətində avtomobil yolu ilə kəsişəcək və həmin ərazidən yerüstü dəmir yolu keçidi inşa olunacaq.

Artıq "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi Heydər Əliyev Beynəlxalq Hava Limanının rəhbərliyinə müraciət edib və aeroport rəhbərliyi təklifə razılıq verib. Hazırda həmin dəmir yolu xəttinin layihəsi hazırlanır.

N.Əzməmmədov qeyd edib ki, Bakı Dairəvi dəmir yolu layihəsi çərçivəsində Zabrat-Maştağa-Albalılıq dəmir yolunun da bərpası nəzərdə tutulub.


Xəbəri paylaş

7318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___