Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bütün Türkiyə Atatürkü belə andı - Foto
Tarix: 10-11-2016 | Saat: 12:50
Bölmə:Karusel / Dünya / Foto-fakt / Araşdırma | çapa göndər

Bütün Türkiyə Atatürkü belə andı - Foto

Bu gün Mustafa Kamal Atatürkün ölümünün 78-ci ili tamam oldu.

"Xəbəraz.az " xəbər verir ki, artıq səhər saatlarından etibarən paytaxt Ankarada Anıtqəbirə və İstanbuldakı Dolmabaxça sarayına insan axını başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bütün hökumət liderləri Atatürkün məzarını ziyarət edərək, buraya çələng qoyublar. Üstəlik, Türkiyə vaxtı ilə 9:05-də bütün ölkədə Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Mustafa Kamal Atatürk 1881-ci ildə dünyaya gəlib. Osmanlı İmperiyasının ordusunda az qala Makedoniyadan tutmuş Suriyaya qədər hər yerdə xidmət keçib. Atatürk məşhur Çanaqqala zəfərinin əsas müəlliflərindən biri olub. Məhz onun sayəsində parçalanan Osmanlı, məhv olan Türkiyə yenidən dirçələrək ayaq üstə qalmağı bacarıb. Bütün dünyaya dirənərək 1919-cu ilə başlatdığı Qurtuluş savaşına, tezliklə, ölkənin hər yerindən dəstək gəlir. Osmanlı üçün tarixinin ən biabırçı anlaşması Sevr müqaviləsi məhz bu savaşın sonunda imzalanan Lozanna müqaviləsi tarixin arxivinə qovuşur. 1923-cü ildə bu müqavilənin imzalanmasından sonra Türkiyə Cümhuriyyəti elan edilir. Məhz Atatürkün sayəsində müasir dünyadan kənarda qalan türk toplumu yenidən inkişafa qədəm qoyur. Mustafa Kamala məhz bu xidmətlərinə görə 1934-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Atatürk ləqəbi verilir.

Atatürk 1938-ci il noyabrın 10-da dünyasını dəyişir. O, dünyada 100 ən çox araşdırılan şəxs sırasında yer alır.
Bütün Türkiyə Atatürkü belə andı - Foto
Bütün Türkiyə Atatürkü belə andı - Foto
Bütün Türkiyə Atatürkü belə andı - Foto
Bütün Türkiyə Atatürkü belə andı - Foto
Bütün Türkiyə Atatürkü belə andı - Foto


Xəbəri paylaş

7048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___