Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bərzəxin pərdəsini qaldıran Həzrət Əli
Tarix: 06-11-2016 | Saat: 20:58
Bölmə:Karusel / İbadət | çapa göndər

Bərzəxin pərdəsini qaldıran Həzrət Əli

Bir nəfər Həzrət Əlinin (ə) yanına gəlib, deyir: "Əlican! Bu şəhərdə bir nəfərin yanına min dinar əmanət qoymuşdum və Mədinəyə gəlimişəm. İndi deyirlər ki, o, ölübdür. Oğluna müraciət etdim, mənə dedi: "Allaha and olsun ki, heç bir yerdə nə dəftərində, nə də vəsiyyətində bu haqda bir şey yazmamışdır". Həmin adam deyir: "Əlican! Mənim həqiqətən bu pula ehtiyacım var, nə edim?". Həzrət (ə) buyurdu: "Mən qoymaram ki, haqqın tapdalansın". Əmanəti alanın oğluna buyurur: "Mədinədən kənara və təpənin arxasına gedirsən. Orada dayanırsan və bir neçə it sənin yanına gələcəkdir. İtlərdən biri hamısından daha çirkin və daha eybəcərdir. Ona de ki, bir nəfər gəlib, deyir ki, sənin yanında min dirhəm əmanət qoyubdur, onu hara qoymusan?".

"Xəbəraz.az " deyerler.org-a istinadən bildirir ki, bəli, Həzrət Əlinin (ə) bu qüdrəti var idi ki, bərzəx aləminin pərdəsini aralasın və meyitin oğluna atasını göstərsin. Axı bərzəx bu aləmlə axirət arasında olan aləmdir.
Oğlan gedir və o yerdə bir neçə it onun yanına gəlir. İtlərdən ən çirkini və ən qarası ona yaxınlaşır və oğlu da olanları ona danışır və it sifətində olan deyir ki, bu min dinar evdəki filan divarın altındadır. Get götür və ona ver.
Sonra deyir: "Ey oğlum! Bunu da sənə deyim ki, dünyada ən düz yol İmam Əlinin (ə) yoludur. Biz başqa yolla getdik və giriftar olduq. Bizim yolumuz İmam Əlinin (ə) yolu deyildi. Onun əleyhinə olan yol idi. İmam Əlinin (ə) əleyhinə olan yolla gedənlər öləndən sonra bu cür məhşur olarlar". İt sifətində olan sonra deyir: "Oğlum! Artıq bütün qapılar üzümüzə bağlanıbdır. Ancaq sənə deyim ki, ən sağlam yol İmam Əlinin (ə) yoludur".
Quran buyurur: "Allah heyvanları da məhşur edəcəkdir". Allah Qiyamət günü bəzi insanları heyvan şəklində dirildəcəkdir. Əgər bu aləmdə ikiayaqlı insandırsa, Qiyamət günü dördayaqlı heyvan kimi məhşur olacaqdır.


Xəbəri paylaş

8368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___