Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Milyonçu qadın dilənçiyə döndü - FOTO
Tarix: 03-11-2016 | Saat: 19:53
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər

Milyonçu qadın dilənçiyə döndü - FOTO

Bir zamanlar o, Nyu-Yorkun Yuxarı İst-Sayd səmtindəki 10 milyon dollarlıq apartamentdə yaşayırdı. Qulluqçuları, şəxsi bərbəri, massajisti, kosmetoloqu, həkimi vardı - bir sözlə, onlarla insan onun qulluğunda durardı.
Amma o, həyatını Nyu-Yorkdakı Mərkəzi Parkda, ağac dibində, səfil və sərgədan, dilənçi davam etdirir.
- "Xəbəraz.az " New York Post-a istinadən bildirir ki, 63 yaşlı Merienn Fridman-Fut parkda yaşayır.
O, avqust ayından bəri parkda "məskunlaşıb".
Şəhərin 940 Park Avenue səmtində doğulan və orada böyüyən Fridman-Fut əri Frenk ilə birlikdə Mərkəzi Parkda sərgədan həyat sürürlər.
Onların 33 yaşlı qızları valideynləri ilə bütün əlaqələri kəsmişdi.
63 yaşlı Meriennin atası multimilyonçu, babası İsidor Kaplan isə Nyu-Yorkun ən varlı iş adamlarından biri idi. O, Nyu-York balet məktəbində belə, oxumuşdu. Hər şey Meriennin anasının ölümündən sonra başlandı. Anasını itirəndən sonra Merienndə dərin depressiya başladı və o, narkotik maddələrə, xüsusilə də heroinə dadandı.
"Mənzilimizin sahəsi 1400 kvadrat metr idi. Art-deko stilində dizaynlı idi. Milyonçu qızıyam. Anam öləndən sonra narkotik maddələrə dadandım. Bacım Corciya da narkoman oldu. Mənzilimizi 3 milyon dollara satdıq. O pulları hara, necə xərclədik - yadımda deyil", - Merienn deyir.
Boston Universitetini başa vurandan sonra Marienn Fridman ərə gedir, o zamanlar Federal Təhqiqatlar Bürosunda çalışan Ceyms Futla ailə qurur. Bu izdivacda Jizel adlı qız doğulur.
Merienn narkotik maddələrə dadanandan sonra əri onu müalicə etdirməyə çalışır, bir nəticə hasil olmur.
Merienn narkoman olmaqla bahəm, həm də əyyaşlıq edirdi.
Buna dözməyən Ceyms Fut boşanır, Jizeli də götürüb Floridaya yollanır.
Merienn özü kimi narkomana, sabiq inşaat fəhləsi Frenkə ərə gedir və şəhərin Lonq-Aylend səmtindəki Amitvilldə yaşamağa başlayırlar.
Lakin 2000-ci ildə onlar evdən atılırlar: Meriennlə Frenk bank borclarını ödəyə bilmirdilər.
Bir qədər keçir, ərlə arvad Donna Eltinger adlı qoca qadının evində yaşamağa başlayırlar. Çünki onlar xərçəng xəstəsi olan Donnaya qulluq edirdilər.
Donna üç il əvvəl vəfat edəndə isə Meriennlə Frenk yenə küçəyə atılırlar.
İndi onlar parkda yatırlar.

Milyonçu qadın dilənçiyə döndü - FOTO
Milyonçu qadın dilənçiyə döndü - FOTO
Milyonçu qadın dilənçiyə döndü - FOTO
Milyonçu qadın dilənçiyə döndü - FOTO


Xəbəri paylaş

8838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___