Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qarabağ”ı qəbul edəcək PAOK-un iştirak ərizəsi açıqlanıb
Tarix: 03-11-2016 | Saat: 10:57
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

“Qarabağ”ı qəbul edəcək PAOK-un iştirak ərizəsi açıqlanıb
Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Qarabağ”ı qəbul edəcək PAOK-un iştirak ərizəsi açıqlanıb.
Baş məşqçi Vladimir İviç ilkin heyətə 19 futbolçunun adını salıb. Matçın startına bir saat qalmış daha bir futbolçu heyətdən kənarlaşdırılacaq. Avroliqa üçün sifariş olunmuş gəncləri nəzərə almasaq, PAOK-un əsas siyahısından 6 oyunçunun kənarda qaldığını görərik.
Saloniki təmsilçisinin əsas itkisi yarımmüdafiəçi Dimitris Pelkas və hücumçular Calma Kamposla Eftimis Kolourisdir. Çoxdandı zədəli olan Pelkas fərdi məşqlərə başlasa da, onu bu görüşə yetişdirmək mümkün olmayıb. Dünənki məşqdə sağ ayağından xəsarət alan Kampos isə noyabrın sonuna qədər komandaya kömək edə bilməyəcək. PAOK-un ən sərrast hücumçularından olan Kolourisin yoxluğunu da ciddi itki hesab etmək olar.
PAOK-un iştirak ərizəsi
Qapıçılar: 23. Jelko Brkiç, 71. Panagiotis Qlikos
Müdafiəçilər: 3. Leo Matos, 4. Marin Leovats, 13. Stelios Malezas, 15. Xose Anxel Krespo, 31. Georgios Tzavellas, 43. Fernando Varela, 70. Stelios Kitsiu
Yarımmüdafiəçilər: 8. Haris Harisis, 16. Qoyko Tsimirot, 21. Dieqo Bisesvar, 24. Qarri Rodriges, 27. Yannis Mistakidis, 28. Yevgeni Şakov, 87. Xose Kanas
Hücumçular: 7. Mame Baba Tiam, 14. Fakundo Pereyra, 33. Stefanos Atanasiadis
PAOK – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:05-də “Tumba” stadionunda start götürəcək.


Xəbəri paylaş

7258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___