Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gecə yatmazdan 1 saat əvvəl içsəniz...
Tarix: 02-11-2016 | Saat: 20:59
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Gecə yatmazdan 1 saat əvvəl içsəniz...

Hər insanın yuxuya getmək və ya yatmaq rejimi fərqlidir. Elə adam var ki, yatağına uzanan kimi yuxulayır. Eləsi də var ki, saatlarla yerində o yan-bu yana çevrilsə də, yata bilmir.
Gecəni rahat yatmaq istəyirsinizsə, yatmadan bir saat əvvəl bu sakitləşdirici və təbii içkiləri için.
Badam südü
Süd sevirsinizmi? Onda özünüzə bir stəkan badam südü töküb için. Fasiləsiz, rahat yuxunun dadını çıxaracaqsınız.
Ballı içki
Balda olan təbii şəkər bədənin insulin səviyyəsini yüksəldir və triptofanın asanlıqla beyinə girməsinə yardım edir.
Çobanyastığı çayı
Araşdırmaçılar çobanyastığı çayının sakitləşdirici təsirinin olduğunu deyir.
Pişikotu çayı
Yüz illərdir yuxusuzluq xəstəliyinin əlamətlərini azaltmaq üçün çarə olan güclü bir bitkidir.
Gilənar suyu
Gilənar suyunun tərkibində yuxu gətirən hormon olaraq bilinən və bioloji saatı tənzimləyən melatonin yüksək səviyyədə olur.
Bananlı "smoothie"
İdman edərkən "smoothie"nizin içinə banan da əlavə edin. Həm yatmanıza yardımçı olar, həm də gecə əzələ ağrılarının qarşısını alar.
Süd
Bir stəkan adi süd həmişə rahatlamağa kömək edir. Həm də stressi azaltmağa yardımçı olan kalsiumla zəngindir.


Xəbəri paylaş

8528 dəfə oxunub.

Digər xəbərlər
8-04-2021, 13:49 Zelenski Donbasa getdi

bütün xəbərlər
____ Instagram ___