Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabahdan rüsumlar qalxır - Bizi nə gözləyir?
Tarix: 02-11-2016 | Saat: 18:57
Bölmə:Karusel / İqtisadiyyat / Bizim seçim | çapa göndər

Sabahdan rüsumlar qalxır - Bizi nə gözləyir?


Sabahdan etibarən Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliklərlə bağlı qərar qüvvəyə minir.
"Xəbəraz.az " xəbər verir ki, yeni gömrük idxal rüsumları iki il müddətində qüvvədə olacaq. Belə ki, dəyişikliyə əsasən Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.

O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Yeni idxal rüsumları ilə bağlı “Qafqazinfo” ya açıqlama verən iqtisadçı ekspert Azər Mehtiyev bildirib ki, hökumət rüsumların dərəcələrini daxili istehsalın genişləndirilməsi məqsədilə atıldığını deyir: “Ancaq nəzərə almaq lazımdır ki, yalnız gömrük rüsumlarının qaldırılması ilə yerli istehsalın inkişaf edəcəyini gözləmək yersizdir. Bu sahənin inkişaf etdirilməsi üçün çox sayda problemlərin həll edilməsi lazımdır. Böyük neft istehsalı dövründə bu sahənin inkişafını diqqətdən kənarda saxladılar. Bu da ölkədə yerli istehsalın tamamilə sıradan gətirib çıxarılmasına səbəb oldu.



Bunun üçün ilk növbədə ölkədə məmur inhisarçılığı aradan qaldırılmalı, sərbəst və azad rəqabət mühiti formalaşdırılmalıdır. Bundan əlavə, sahibkarlıq subyektləri arasında yoxlamalar dayandırılsa da, bu istiqamətdə işə başlamaq istəyən şəxslər çoxsaylı problemlərlə üzləşirlər. Bu da məmurların özbaşınalığından doğur. Nə qədər ki bu məsələlər aradan qalxmayıb, ölkədə yerli istehsal yalnız bir neçə qrupun əlində formalaşıb, bu, qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilməz. Rüsumların bu cür qaldırılması digər islahat addımları ilə tamamlanarsa, bir müddətdən sonra ölkədə istehsalın inkişaf etməsinə nail ola bilərik. Ancaq sabahdan rüsum qalxan kimi qısa müddətdə yerli istehsalın inkişaf edəcəyini demək mümkünsüzdür.

Rüsumların qalxması ölkəyə idxal olunan sözügedən məhsulların qiymətinin qalxması ilə nəticələnəcək. Ancaq qiymətlərin qalxması yeni məhsulların gəlməsini gözləmədən belə mövcud məhsullarda öz əksini tapır”.


Xəbəri paylaş

9258 dəfə oxunub.

Digər xəbərlər
2-01-2021, 18:40 Votsap rekord qırdı

bütün xəbərlər
____ Instagram ___