Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Texniki baxışın vaxtı çatdı
Tarix: 02-11-2016 | Saat: 10:32
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Texniki baxışın vaxtı çatdı
Azərbaycanda noyabrın 1-dən etibarən bəzi avtomobillərin texniki baxış müddəti başa çatıb.

"Xəbəraz.az " Report-a istinadən xəbər verir ki, bu haqda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər cərimə olunacaqlar: "Nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat cərimə olunur. Qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, 1 yanvar - 30 aprel aralığında "VAZ", "QAZ", "Moskviç" və MDB dövlətlərində istehsal olunan digər minik avtomobilləri və motosikletlər texniki baxışdan keçməlidir. Digər xarici ölkələrdə istehsal olunan minik avtomobilləri isə 1 may-31 iyul aralığında texniki baxışa cəlb edilməlidir.

Bölmə rəisinin sözlərinə görə, bu il 2007, 2009 və 2011-ci ildə istehsal olunan nəqliyyat vasitələri texniki baxışdan keçməlidir.


Xəbəri paylaş

6838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___