Heydər Babayev federasiyadan çıxarılır - Pul problemi
Tarix: 02-11-2016 | Saat: 10:22
Bölmə:Karusel / İdman / Fotogalereya | çapa göndər
Azərbaycan Həndbol Federasiyası maliyyə çırpıntıları içərisindədir.
"Xəbəraz.az " xəbər verir ki, bu haqda Sport7.Az saytı məlumat yayıb. Saytın yazdığına görə, bu quruma rəhbərlik edən keçmiş İqtisadi İnkişaf naziri Heydər Babayev uzun müddətdir ki, federasiyaya maliyyə vəsaiti ayırmır.
Xəbərdə deyilir ki, H. Babayev nazir postundan çıxarıldıqdan sonra bir şərtlə federasiyadakı işindən çıxarılmayıki, bu müddətdə biznes imperiyasına toxunulmayacaq və bu imperiyadan maddi yardım həndbola da ediləcək. Lakin bu şərt faktiki olaraq pozulub.
Həndbol Federasiyasının baş katibi Rafiq Rzayevin deyir: “Federasiyanın prezidenti Heydər Babayev niyə maliyyə vəsaiti ayırmır? Bunu onun özündən soruşmaq lazımdır. Çoxdandır onu görməmişəm. Əslində Babayev özü dəfələrlə deyib ki, federasiyadan ayrılmaq istəyir. Ancaq qoymurlar”.
Sayt yazır ki, millimizin həndbolçularının maksimum maaşı 500 manatdan o tərəfə keçmir. Bu, futbol və voleybolla müqayisədə komanda idman növləri üçün çox aşağı puldur. Belədə komandanın dünya çempionatının seçmə mərhələsindən çəkilməsi başa düşüləndir. Elə Bakıda keçirilmiş I Avropa Oyunlarının proqramına da həndbolun salınmamasının səbəbini anlamaq elə də çətin deyil. Bu komanda bizi ancaq orda biabır edə bilərdi!
“Holdinqinin yaxşı vaxtlarında həndbola pul ayırmayan Babayevin bundan sonra dərdə dərman olmayacağını artıq hamı anlayıb2 yazan saytın əldə etdiyi xəbərə görə, həndbol (üstəlik, kişi həndbolu da!) gələn il Bakıda keçiriləcək İslam Oyunlarına daxil edilməyib.
Xəbərdə MOK-un hazırda federasiya prezidenti postuna pul yatırımı edə biləcək namizəd axtardığı qeyd olunur: “Təsadüfi deyil ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də bildirib ki, noyabrda MOK-un VII Baş Məclisində federasiyalara pul ayırmayan prezidentlərin istefası tələb olunacaq. Artıq Heydər Babayevə ayrılmaq istədiyi yol görünüb və heç kəs onu saxlamaqda maraqlı deyil”.
Xəbəri paylaş
8408 dəfə oxunub.
Digər xəbərlər

18-04-2017, 16:47
“Mənim kimi xanımın həyat yoldaşı olmamalıdır” - Mətanət Əliverdiyeva
25-04-2016, 18:18
Dolların kursu bir az da düşdü
3-01-2016, 15:20
Xamenei ərəb siyasətçilərini müqəddəs cəza gözlədiyini bəyan edib
1-09-2021, 14:50
Hind filmləri ilə məşhurlaşan Space TV-nin durumu: - “Yenilik etmək istəyəni peşman edirlər“
23-05-2016, 12:09
Toyuqlarda xəstəlik yaradan bakteriya tapıldı
20-09-2017, 16:29
"Adam tanıyıram ki, "Red Bull" içib, amma qanadlanmayıb" - Deputat
30-01-2016, 12:20
Azərbaycanda nişan karvanı yasa çevrildi: 5 ölü, 5 yaralı - VİDEO
25-07-2017, 12:15
Olimpiya çempionunun maşınla vurduğu qadın öldü - 5 gün sonra
14-02-2022, 13:51
Bakıda 1 həftə internet olmayacaq? - RƏSMİ AÇIQLAMA
11-10-2022, 12:40
"Tiktok"a VPN-lə girən Pərvin şikayətləndi;"Tiktok" mənimlə "dirəşib"