Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bəzi qadınların məşğuliyyəti : ”Fala inanma, faldan da qalma”
Tarix: 01-11-2016 | Saat: 16:45
Bölmə:Karusel / Gündəm / M2 / Aktual | çapa göndər

Bəzi qadınların məşğuliyyəti : ”Fala inanma, faldan da qalma”

Uzun müddət TV-lərdə cahillik təbliğ olundu, telekanallara falçılar çıxarıldı, bununla şeytan əməlinin təbliginə meydan verildi ki,hazırda bəzi vətəndaşlarımız dara düşən kimi “baxıcıları” özlərinə çıxış yolu bilirlər.

Rəvayətə görə, Mirzə Şəfi Vazeh Mirzə Fətəli Axundovla söhbət əsnasında ondan hansı peşənin sahibi olmaq istədiyini soruşur. Mirzə Fətəli Axundov da molla olmaq istədiyini bildirir. Bu zaman Mirzə Şəfi Vazeh bu peşənin əleyhinə olaraq, “sən də riyakar və fırıldaqçı olmaq istəyirsən?” deyə bildirir. Məhz bu söhbətdən sonra hər iki şəxs qəh-qəhə çəkib gülür. Təbii bu bir zarafat olur.Amma ,bu hələ Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov dövründə falçılara, cadugərlərə, bir sözlə, belə insanlara olan inamsızlıq və nifrət hissinin göstəricisi idi.

Əksnə,bu gün belə deyil. Bu gün bəzi insanlar talelərini falçılara daha doğrusu fırıldaqçılara etibar edirlər. Bəs nə üçün? Dünyanın inkişaf etdiyi bir zamanda bu qədərmi acizik ki, öz taleyimizi tanımadığımız birinə etibar edirik?! Bəzən, belə “maşennikləri” efirlərdə reklam edirik. İşimiz bir balaca dolaşığa düşəndə falçı və yalancı ektrasenslərin yanına qaçıb, “səndən başqa köməyim yoxdur, sən mənim son çarəmsən” deyib onlardan mədət umuruq. Qardaşı qardaşla, bacını bacı ilə düşmən edən belə falçılar guya cinlə danışır, biri kart açır, biri təsbeh fırladır, biri də guya müqəddəs Qurandan istifadə edir. Yox, əsla, Quranı aciz saymırıq, Qurani-Kərimə şübhə edənə min lənət! Adamı yandıran falçıların Qurandan bir vasitə kimi istifadə etmələridir, savadsız insanların da onların təsirləri altna düşmələridir. Hansı ki, bu cür əməllər Quranda haram buyurulub.

Əgər ektrasens, falçı bu qədər çətin işləri yoluna qoyandırlarsa, onda niyə Qarabağ problemini həll etmirlər? Elə birdəfəlik Respublikanın “yüksək səviyyəli” falçı dəstəsini neçə illərdən bəri həsrətini çəkdiyimiz Şuşa meydanına, Qarabağa aparıb qoyaq, onlardan torpaqlarımızı azad etməyi xahiş edək. Əgər bacarırlarsa, erməni serjlərin dilini, ağzını elə bağlatdıraq ki, özləri heç nə demədən torpaqları qaytarsınlar, bizimlə bir daha işləri olmasın. Qarabağın adını çəkəndə yuxularına cin-şeytan girsin. Həmin falçılar da Azərbaycanın milli qəhrəmanları olsun.

Dəhşətdir, deyilmi?! Bu gün elə insanlarımız var ki, falçıların yanına gedib öz talelərini qabaqcadan bilmək istəyir. Allahın bu bədbəxtləri bilmirlər ki, falçılar heç öz talelərini qabaqcadan bilmirlər, qaldı ki, başqasının gələcəyi haqqında proqnoz versin. Dərd budur ki, belə işlərə yalnız savadsız insanlar deyil, bəzən savadlı insanlar da inanırlar. Vəzifə artırandanmı deyim, sevgi dalınca qaçan qızlardanmı danışım, “yoldaşım mənə xəyanət edir” deyən qadınlardanmı söhbət açım, yoxsa uşağını ali məktəbə düzəltmək istəyənlərdənmi deyim, bilmirəm?!

Hətta, elə abuturiyentlər də var ki, qəbul imtahanı zamanı hansısa mollanın yazdığı “elmi əsəri”ni üzərində gəzdirir. Bu nə rəzalət, nə biabırçılıqdır?! Bizim bəzi Azərbaycan qadınları, onlara tay tutduğumuz müəyyən kəsim Azərbaycan kişiləri belə falçıların yanında vaxtlarını, pullarını itirirlər. Soruşduqda isə “heç elə-belə, məzə üçün gedirəm” cavabını verirlər, savadsızlıqlarına bəraət qazandırmaq istəyirlər. Ya pulları çoxdur, xərcləməyə yer tapmırlar, ya da bir prinsiplə yaşayırlar: “Fala inanma, faldan da qalma”. Daha belə insanlar bilmir ki, ali hisslərdən məhrum olub, özlərindən Şeyx Nəsrullah düzəldərək aşağılanırlar. Bir də ki, hələ də XXI əsrin informasiya texnologiyaları əsri olmasını unudur, qlobal inteqrasiyanın, artıq yeni bir insanın, yeni bir toplumun, yeni bir cəmiyyətin formalaşmasında hakim olduğunu, elmi yenilikləri fikirləşmir, falçılara, boş-boş şeylərə inanırlar.

Demək hansı millətin təfəkkürü “mən kiməm,biz kimik” suallarina cavab verir,o millətin böyük əksəriyyəti özünə sahib çıxır,falçılara gülür onlara dəstək verməkdən uzaq durur,belə xalqlarda realizmin ovqatları üstünlük təşkil edir.

”Gələcəkdən xəbər verənlər”cəmiyyət həyatında aparıcı rola sahib olmurlar, ali təhsilli şəxsləri aldadıb meydan sulamırlar.Savadlı müəllim,vəzifə sahibləri falçıların şəninə tərif səsləndirmirlər.

Fuad İsgəndərov


Xəbəri paylaş

8388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___