Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ruzinizin artmasını istəyirsinizmi?
Tarix: 01-11-2016 | Saat: 09:34
Bölmə:Karusel / Maraqlı / İbadət | çapa göndər

Ruzinizin artmasını istəyirsinizmi?

İnfaq imkanlı insanlara aiddir, o kəsin ki, qüdrəti var, o kəsin ki, abırı var. O kəs ki, üzməyi bacarır, o kəsin ki, dili var.

"Xəbəraz.az " deyerler.org-a istinadən bildirir ki, Quran buyurur: "Beləliklə, (elçi) Süleymanın yanına gəldikdə (və hədiyyəni təqdim etdikdə, Süleyman) dedi: "Yoxsa mənə (azacıq) bir mal ilə yardım edirsiniz? Halbuki Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən daha yaxşıdır; (hədiyyənin dəyərsizliyi bir yana dursun) hələ bir siz öz hədiyyənizlə sevinirsiniz"". ("Nəml" 36). Yəni, Allah mənə elə bir şey vermişdir ki, sizə verməmişdir. Sizə elə şeylər vermişdir ki, mənə ondan verməmişdir. Hər kimin nəyi varsa, başqasına yardım etsin.
1. İnfaqın ilk səmərəsi simicliyi aradan aparmaqdır. Mövzumuz - infaqın bərəkətidir. İnfaqın bərəkəti iki cürdür: fərdi və ictimai. Fərdi bərəkəti budur ki, simicliyi aradan aparar. İmam Cavad (ə) gecədən səhərə qədər təvaf edər, ancaq bir şeyə görə dua edərdi: "Allahım, məni simiclərdən qoru". Simiclik bir hünərdir, başqaları onu öyrənə bilməz. O kəs ki, simicdir, o, pak deyildir. Quran Həzrət Peyğəmbərə (s) buyurur: "(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san". ("Tövbə" 103).
2. Ruzini artırar. Quran buyurur: "De: "Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini (ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır"". ("Səba" 39). Səhv etmirəmsə, Məsnəvinin belə bir şeiri vardır ki, məzmunu belədir: "Bir nəfər divarın üstündə idi və susuzlayır. Görür ki, əgər özünü aşağı atsa, ola bilsin ki, ayağı sınsın. Susuzluğa da dözə bilmirdi və dırnağı ilə bu divarı qazmağa başlayır. Hər nə qədər aşağı düşürdüsə, öz-özünə deyirdi ki, suya yaxınlaşıram". Səcdədə hər nə qədər Allaha səcdə etsək, bir o qədər Ona yaxın oluruq. Allah Təala "Ələq" surəsində Həzrət Peyğəmbərə (s) buyurur ki, əgər qürbümə yaxınlaşmaq istəyirsənsə, yolu - səcdədir. Hər nə qədər aşağı gəlsən, yaxınlaşarsan.
3. Malını sığorta edər. Bəli, infaq etmək malımızı sığorta edər. Hədislərdə oxuyuruq: "Malınızı zəkatla qoruyun". Əgər malınızı qorumaq istəyirsinizsə, yardım edin. Onlar ki, xüms vermir, bunu başa düşmürlər, onlar ki, zəkat vermir, bunu dərk etmirlər. Hər kim infaq edər və səxavətli olar, həm Allah onu sevər və həm də insanlar. Səxavətli insanın duası qəbul olar. Namazı qəbul olar. "Rəhman olan Allah, iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır". ("Məryəm" 96).


Xəbəri paylaş

7978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___