Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sumqayıtda iki aylıq uşağı qaçıran qadının istəyi reallaşmadı
Tarix: 31-10-2016 | Saat: 15:19
Bölmə:Karusel / Hadisə | çapa göndər

Sumqayıtda iki aylıq uşağı qaçıran qadının istəyi reallaşmadı


Sumqayıtda azyaşlı uşağı oğurlamaqda təqsirləndirilən Xırda Babayeva barəsində olan hökmdən kassasiya şikayəti verib.
Bu barədə vəkil Anar Qasımlı məlumat verib. Vəkilin sözlərinə görə, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Xırda Babayevanın kassasiya şikayəti təmin edilməyib

Qeyd edək ki, 14-cü ilin avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki “Nəsimi” adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.
Müəyyən edilib ki, 2004-cü ildən Türkiyə Respublikanın vətəndaşı ilə ailə qurmuş Xırda Babayeva övladları olmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlib, sakinlərə özünü “İmkansız ailələrə yardım fondu”nun nümayəndəsi kimi təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanıb.
Orada Aysel Əhmədova ilə tanış olub, körpəsini gördükdə onu oğurlamaq qərarına gəlib. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə verib, onlarla birlikdə parka gəzintiyə çıxıblar. Yaranmış fürsətdən istifadə edən Xırda Babayeva körpəni oğurlayaraq hadisə yerindən yayınıb.



Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Babayeva 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi X.Babayevanın apellyasiya şikayətini qismən təmin edib. Belə ki, onun cəzası 10 ilə endirilib. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməytə müraciət edib.lent.az


Xəbəri paylaş

6968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___